Page 263 - Islamic Studies 06
P. 263
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 262
öz vətəninə qayıtmaq fikri ilə yaşayır. Bəli, o, narahatdır, öz
doğma yurduna qayıtmaq istəyir. Buna onun haqqı da var!...
İnsanın dərdi ancaq və ancaq Allah dərdidir. O, bunu düzgün
başa düşsə, ibadətləri Əmirəl-möminin Əlinin (ə) aşiqcəsinə
etdiyi ibadətlər kimi olacaqdır. Qurani-kərim bu barədə “Rəd”
surəsi 28-ci ayədə buyurur:
“...Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq
tapar!” Məhəbbət Quranda Quran ayələri, hədis və əqli
dəlillərə əsasən, İslam mədəniyyətində ali dəyərlərdən biri və
Allah-taalaya yaxınlaşmaqda ən başlıca amil ona məhəbbətdir.
Allah-taala Quranda insanları dəfələrlə müxtəlif sifətlərlə
öz diqqət və məhəbbəti mərkəzində yerləşdirmiş və
aşkarcasına öz məhəbbət və sevgisini nişan verən sözlərlə onu
bəyan etmişdir. 1. Səbir edənlər: “...Allah səbirliləri sevir”.
(“Ali-İmran” surəsi, ayə 146) 2. Təqvalılar: “...Allah
təqvalıları sevir”. (“Ali-İmran” surəsi, ayə 76) 3. Təvəkkül
edənlər: “...Allah təvəkkül edənləri sevir”. (“Ali-İmran” surəsi,
ayə 159) 4. Tövbəkarlar: “...Allah tövbəkarları sevir və pakları
(da) sevir”. (“Bəqərə” surəsi, ayə 222) 5. Yaxşılar: “...Allah
yaxşı iş görənləri sevir”. (“Bəqərə” surəsi, ayə 195) 6.
Mücahidlər: “Allah o kəsləri sevir ki, onun yolunda
vuruşurlar...”. (“Səff” surəsi, ayə 4) 7. Ədalət icraçıları:
“...Allah ədalətliləri sevir”. (“Maidə” surəsi, ayə 42) Bunlar
Allahın məhəbbətini qazanan və Allahın sevdiyi insan
dəstələridir. Allahın bəndəsinə məhəbbətinin həqiqi mənası
belədir: Allah-taala onun qəlbi üzərindən pərdələri, hicabları
qaldırar ki, qəlb və bəsirət gözü ilə onu görsün və ali məqama
– Allaha yaxınlıq məqamına çatması üçün ona qüvvət verər.
Allahın bəndəsinə olan bu iradəsi ona məhəbbətinin
göstəricisidir.