Page 261 - Islamic Studies 06
P. 261

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 260

               Giriş

                     İslam insanın təkamül proqramıdır və bu proqramın əsas
               ünsürünü  məhəbbət  təşkil  edir.  İnsan  rəftarında  ən  təsirli
               amillərdən biri də məhəbbətdir. Belə ki, insan sevdiyinə tabe
               olur.  Məhəbbət  bilmək  və  tanımaq  sayəsində  qazanılır.  Ona
               görə  də, tanımaq  məhəbbət, məhəbbət  isə  itaət  gətirir. İnsan
               cəmiyyətinin  tərəqqisi  üçün  İslamın  nəzərdə  tutduğu  bu
               proqramın  gerçəkləşməsində  məhəbbət  ünsürü  o  qədər
               təsirlidir  ki,  İmam  Baqir  (ə)  İslam  dinini  məhəbbətlə
               eyniləşdirir  və  buyurur:  “Din  məhəbbətdən  başqa  bir
               şeydirmi?”1  Quranın  insanlara  tanıtdırdığı  Allah  insanlara
               qarşı olduqca mehribandır, onları sevir. “Hud” surəsinin 90-cı
               ayəsində Allah-taala buyurur:
                      “Rəbbinizdən  bağışlanmaq  diləyin,  sonra  (saleh
               əməllərlə)  Ona  tərəf  qayıdın.  Həqiqətən  mənim  Rəbbim
               mehriban  və  (tövbəkar  bəndələrini)  sevəndir”.  İnsan,
               yaradılışdan  camal  və  kamal  aşiqidir.  O,  gözəllik  və
               yaxşılıqları  sevir,  pislik  və  çirkinliklərə  nifrət  edir.  Allah-
               taalanın  müqəddəs  zatı  kamal,  camal,  elm,  həyat,  qüdrət,
               rəhmət, bir sözlə bütün kamil sifətlərin özü – eyni olduğu üçün
               bütün sevgilərin başlanğıcı Allah sevgisidir. Hər kim gözəllik
               və kamal aşiqidir, onu sevir.
                     Allah, peyğəmbərlər, imamlar, övliyalar, möminlər, ata-
               anaya  məhəbbət  bəsləmək  mərifətdən  qaynaqlanır.  İnsanın
               mərifəti  artdıqca,  onun  məhəbbət  və  sevgisi  də  artmağa
               başlayır.  Bundan  əlavə,  insan  dünyada  nəyə  məhəbbət
               göstərsə,  axirətdə  onunla  məşhur  olacaq.  Əgər  insanın
               məhəbbəti  Allaha  xatir  olmasa,  Allahın  rəhmətindən
               uzaqlaşacaq,  hətta  Allahın  insanla  düşmənçiliyi  ilə
               nəticələnəcək.  Allah  hansısa  bir  bəndəsini  sevmiş  olsa,  onu
               övliya və mələklərinə, yer və göy əhlinə tanıtdırar ki, onlar da
               həmin  bəndəyə  məhəbbət  bəsləsinlər. Məhəbbət  əsən  küləyə
   256   257   258   259   260   261   262   263   264   265   266