Page 260 - Islamic Studies 06
P. 260
İslamda məhəbbət mexanizmi
Vəfadar İsmayılov
Abstarkt
İslam nöqteyi-nəzərindən insan cəmiyyətinin
formalaşmasında əsas rolu məhəbbət, sevgi, dostluq oynayır.
Hədisləri də gözdən keçirdikdə, camaatın bir-birinə məhəbbəti
sayəsində yaranan toplumun İslamda arzuolunan insan
cəmiyyəti olduğu məlum olur.İslam dini elə bir cəmiyyət
qurmaq istəyir ki, orada bütün insanlar bir-birini qardaş sayır
və fədakarlıq həddində qarşılıqlı məhəbbət bəsləyirlər. Səbəbi
isə bəsitdir; istənilən insan cəmiyyətinin formalaşdırılmasında
məhəbbət kimi effektiv mexanizm yoxdur.
Açar kəlmələr: İslam, Quran, insan, əxlaq, irfan, məhəbbət