Page 262 - Islamic Studies 06
P. 262

Nəhcül-bəlağədə vəhdət prinsipi / 261

               bənzəyir və o, nəyin üstündən əssə, ona həyat bəxş edər. Əgər
               məhəbbət  Allaha  qarşı  olarsa,  bəndəni  Allahın  razılığı  və
               istəyinə qul edir, bəndəlik çərçivəsinə salır və bu halda heç bir
               şey insanı Allaha itaətdən saxlaya bilməz. Mövzumuz daha da
               aydınlaşsın  deyə  ilk  öncə  məhəbbət  termininin  lüğət  və
               terminologiyadakı mənası ilə tanış olacaq, sonra isə ariflərin
               baxışını  nəzərinizə  çatdıracayıq.  Məhəbbətin  lüğətdə  mənası

               “Məhəbbət”,  “hübb”  sözündən  götürülmüşdür,  mənası  isə
               dostluq,  mehribanlıq  və  qəlbi  bağlılıqdır.  2  Məhəbbətin
               terminoloji tərifi “İnsanın ləzzət apardığı bir şeyə meyil etməsi
               məhəbbət adlanır”.3 İzah: Məhəbbət insanın ləzzət, mənfəət və
               ya  kamal  güman  etdiyi  bir  şeyə  meyl  etməsidir.  Həqiqi
               məhəbbət  təslim  olmaqdır.  İrfan  məktəbində  məhəbbət  və
               eşqin  mənası  Ariflər  insanda  olan  məhəbbət  və  eşq  hissinə
               böyük  əhəmiyyət  verirlər.  Onların  nəzərincə,  eşq  bütün
               varlıqlarda mövcuddur. O cümlədən, hava, torpaq, od, külək
               və  atom  zərrəciklərində  belə,  eşq  cərəyanı  mövcuddur.
               “Səhifeyi-Səccadiyyə”  bu  mövzunu  belə  izah  edir:  “Allah-
               taala aləmi heçdən (heç bir nümunəsi olmadan) yaratdı. Sonra
               isə onu özünün eşq və məhəbbət yoluna yönəldərək həyat bəxş
               etdi.”    Ariflərin     açıqlaması:      “Dərdli      olmaq      insan
               xüsusiyyətlərindəndir. Onu mələklərdən üstün edən məhz bu
               xüsusiyyətdir.  Çünki  bu  xislət  mələklərdə  yoxdur.  Onların
               nəzərincə,  bu,  həmin  “Allahaxtarma”  dərdidir.  İnsan  Allah
               tərəfindən  göndərilmiş  və  dünyada  qərar  tuta  bilməyən  bir
               varlıqdır. Bu da onu dünyada qürbət hissi keçirməyə məcbur
               edir. Onun gözündə dünya və onun üzərindəki bütün varlıqlar
               fani görünür. Ona görə də heç bir şeyə ürək bağlaya bilmir.
               Amma  bununla  belə,  o,  əbədiyyətə  qovuşmaq  düşüncəsi  ilə
               yaşayır. Bu da onun dərd əhli olmasına səbəb olur.” Hindistan
               meşələrindən gətirilib qəfəsə salınmış tutuquşu misalı bunun
               bariz nümunələrindəndir. Quş hər an qəfəsdən canını qurtarıb
   257   258   259   260   261   262   263   264   265   266   267