Page 264 - Islamic Studies 06
P. 264
Nəhcül-bəlağədə vəhdət prinsipi / 263
Məhəbbətin mənası
Mövzumuz daha da aydınlaşsın deyə ilk öncə məhəbbət
termininin lüğət və terminologiyadakı mənası ilə tanış olacaq,
sonra isə ariflərin baxışını nəzərinizə çatdıracayıq.
Məhəbbətin lüğətdə mənası
Məhəbbət”, “hübb” sözündən götürülmüşdür, mənası isə
dostluq, mehribanlıq və qəlbi bağlılıqdır.
Məhəbbətin terminoloji tərifi
“İnsanın ləzzət apardığı bir şeyə meyil etməsi məhəbbət
adlanır”.
İzah: Məhəbbət insanın ləzzət, mənfəət və ya kamal güman
etdiyi bir şeyə meyl etməsidir. Həqiqi məhəbbət təslim
olmaqdır.
İrfan məktəbində məhəbbət və eşqin mənası
Ariflər insanda olan məhəbbət və eşq hissinə böyük
əhəmiyyət verirlər. Onların nəzərincə, eşq bütün varlıqlarda
mövcuddur. O cümlədən, hava, torpaq, od, külək və atom
zərrəciklərində belə, eşq cərəyanı mövcuddur.
“Səhifeyi-Səccadiyyə” bu mövzunu belə izah edir:
“Allah-taala aləmi heçdən (heç bir nümunəsi olmadan)
yaratdı. Sonra isə onu özünün eşq və məhəbbət yoluna
yönəldərək həyat bəxş etdi.”
Ariflərin açıqlaması: “Dərdli olmaq insan
xüsusiyyətlərindəndir. Onu mələklərdən üstün edən məhz bu
xüsusiyyətdir. Çünki bu xislət mələklərdə yoxdur. Onların
nəzərincə, bu, həmin “Allahaxtarma” dərdidir. İnsan Allah
tərəfindən göndərilmiş və dünyada qərar tuta bilməyən bir
varlıqdır. Bu da onu dünyada qürbət hissi keçirməyə məcbur
edir. Onun gözündə dünya və onun üzərindəki bütün varlıqlar