Page 266 - Islamic Studies 06
P. 266

Nəhcül-bəlağədə vəhdət prinsipi / 265

               Allah  yolunda  verməyi  bacararsa  deməli  qəlbində  Allaha
               həqiqi məhəbbət vardır.
                   Allah  təala  mələklərə  həzrət  İbrahimi(ə)  imtahan  etməyi
               əmr  etdi.  Bir  gün  həzrət  İbrahim(ə)  çöldə  qoyun  otararkən
               həzrət Cəbrail(ə) insan cildinə girib onun yolu üstə əyləşdi və
               Allaha  zikr  etməyə  başladı.  Həzrət  İbrahim(ə)  ona
               yaxınlaşdıqda Cəbrail(ə) dedi: “Sübbuhun Quddus” “Allah pak

               və  münəzzəhdir.” Həzrət  İbrahim(ə)  ona  yaxınlaşıb  soruşdu:
               Sən kimsən? Cəbrail(ə) dedi: Allah bəndəsi. Həzrət İbrahim(ə)
               dedi:  Sənə  o  sözləri  kim  öyrədib?  Cəbrail(ə)  dedi:
               Öyrənmişəm.  Həzrət  İbrahim(ə)  dedi:  O  sözlər  mənim
               məşuqumun  adlarıdır.  Olarmı  onları  bir  də  təkrar  edəsən?
               Cəbrail(ə)  dedi:  Qoyunlarının  üçdə  bir  hissəsini  mənə  ver
               deyim. Həzrət İbrahim(ə) dedi: Qoyunların üçdə birini götür.
               Lakin  o  sözləri  bir  də  təkrar  et.  Cəbrail(ə)  Qoyunların  üçdə
               birini  alıb  bir  dəfə  də  “Sübbuhun  Quddus”  dedi:  Həzrət
               İbrahim(ə)  dedi:  O  sözləri  bir  də  təkrar  edə  bilərsənmi?
               Cəbrail(ə) dedi: Qoyunlarının yarsını mənə ver deyim. Həzrət
               İbrahim(ə) qoyunların yarsını ona verdi. Cəbrail(ə) O sözləri
               bir də təkrar etdi. Həzrət İbrahim(ə) dedi: Olarmı bir də təkrar
               edəsən?  Cəbrail(ə)  dedi:  Yox.  Qoyunların  hamısını  mənə
               versən deyərəm. Həzrət İbrahim(ə): Qoyunların hamısı sənin
               olsun lakin o sözləri bir də təkrar et.
                   Həzrət Cəbrail dedi: İbrahim, həqiqətən sən Allahın dostu
               olmağa  layiqsən.  Ona  görə  də  Allah  səni  özünə  xəlil  etdi.
               Çünki mən insanlar arasında çox gəzmişəm və Allah onların
               hamısını  bizə  tanıtdırıb.  Lakin  insanlar  içində  sənin  kimi
               Allahın  zikrinə  bütün  mal-dövlətini  qurban  verən  ikinci  bir
               şəxs görməmişəm.
                   Hədislərdən belə məlum olur ki, həzrət İbrahim(ə) Allaha
               olan məhəbbətinə görə bütün mal-dövlətindən keçməyə hazır
   261   262   263   264   265   266   267   268   269   270   271