Page 305 - Islamic Studies 06
P. 305
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 304
Sağlam nəsil, layiqli övladlar tərbiyə edib cəmiyyətə təhvil
vermək, Allah razılığı olan ailəni və ailə üzvlərini günah və
fəsaddan uzaq saxlamaq, onların təkamül və tərəqqisi üçün
zəmin yaratmaq isə çox mühüm bir iş və Allaha ibadətdir.
Dördüncü imam (ə) öz həkimanə bir kəlamında
buyurmuşdur: «Maddiyyat və mənəviyyat süfrəsini öz qadını
və övladlarının üzünə açan hər bir şəxs Haqqın razılığına
digərlərindən daha yaxındır».