Page 304 - Islamic Studies 06
P. 304
İslamda xoşbəxt ailə strukturu./. 303
Təqvalı qadın digərləri ilə bəhs etməkdən çəkinir. Həyat
yoldaşını, «qohumlarla eyni səviyyədə yaşamalıyıq» - deyə,
çətinliyə salmır.
Isra suresi, aye 23
Belə qadın və kişi Allahın razılığını cəlb etmiş, xeyir
mənbəyi və ilahi insanın bariz nümunəsidir. Onların sayəsində
Allahın istədiyi ailə təşkil tapır və belə bir ailədə Allah
bəyənən uşaqlar tərbiyə olunur.
Bir sözlə, qadın və kişi ailə həyatının bütün sahələrində
İslam maarifi, ilahi göstərişlər əsasında övliyalar kimi bir-
birlərini başa düşməlidirlər.
EV VƏ AİLƏ ÜÇÜN ÇALIŞMAQ İBADƏTDİR
İzdivac, ailəli olmaq, övlad tərbiyəsi müsbət dünyəvi
nəticələrdən başqa, bir çox mənəvi mənfəətlərə də yol açır.
Həyat yoldaşının və övladlarının ehtiyacını təmin etmək
üçün işləyib çalışmaq pak İslam mədəniyyətində böyük ibadət,
hətta Allah yolunda cihad etməyə bərabər bir ibadət sayılır.
Belə ki, məsumlardan bizə gəlib çatmış bir rəvayətdə
buyurulur: «Allah halalı ilə ailəsinin ehtiyaclarını ödəməyə
çalışanlar Onun yolunda cihad edənlərə bərabərdirlər».
Həyat yoldaşının və övladların hüquqlarını qorumaq,
onların mənəvi həyatına diqqət yetirmək, həmçinin qadının da
ərinin və uşaqlarının hüquqlarına riayət etməsi çox çətin bir iş
və Allah əmrinin icrası olduğundan, onların maddi
ehtiyaclarını təmin etmək kimi böyük savab və əcrə malikdir.