Page 303 - Islamic Studies 06
P. 303

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 302

               Əhli-beyt  (ə)  müsibəti  zikr  etməklə  kifayətlənin.  Bu,
               Peyğəmbər  (s)  və  imamların  (ə)  üslubudur.  Onlar  az  vaxtla,
               nitqlə böyük insanlar tərbiyə etmişlər.


                   İbadətdə, xüsusilə də müstəhəb ibadətlərdə ifrata varmaq,
               məclisləri  uzatmaq  dinləyicini  yorur  və  tədricən  onun
               psixologiyasında  məzhəbi  proqramlara  qarşı  nifrət  oyadır.
               Bəzən müşahidə olunan belə hallar məscid və heyətlərə, xalqa,
               xüsusilə də tutumu az olan insanlara ziyandan başqa bir şey
               bəxş etmir.

                   Hər  halda,  təqvalı  ailə  başçısı  həyatın  bütün  sahələrində
               lazımi  ədəb  qaydalarına  riayət  edir  və  bu  yolla  öz  ailəsinin
               təməlini  möhkəmlədərək,  həyat  yoldaşının  və  övladlarının
               məhəbbətini, sevgisini qazanır.

                   Təqvalı  qadın  da  öz  növbəsində  iffət,  ismət  və  paklığını
               hifz edir. Ev işlərini böyük maraqla görür. Öz həyat yoldaşının
               iş nəticəsində yaranmış yorğunluğunu aradan qaldırmaq üçün
               bütün  mümkün  vasitələrdən  istifadə  edir.  Övladlarına  yaxşı
               baxır. Həyat yoldaşı və övladları ilə İslamın əxlaqi dəyərləri
               əsasında  davranır.  İbadətini  unutmur.  Evini  eşq,  məhəbbət,
               səmimiyyət yuvasına çevirir.


                   Təqvalı qadın ilahi prinsiplər əsasında həyat yoldaşına tabe
               olur. Onun bütün haqlı tələblərinə müsbət cavab verir. Həyat
               yoldaşının qohumları ilə mehriban, səmimi davranır. Yoldaşı
               işdən  qayıdarkən  ona  xoş  üz  göstərir, işə  gedərkən  xoş  üzlə
               yola salır və ondan halal ruzi qazanmasını xahiş edib, az olsa
               belə halal ruzi  ilə kifayətlənəcəyini ona  çatdırır. O, öz  ərinə
               daim xatırladır: «Heç zaman ailə-uşağının var-dövləti bəhanəsi
               ilə  Allah  qanunları  çərçivəsindən  çıxıb,  həyatımızı  harama
               aludə etmə».
   298   299   300   301   302   303   304   305   306   307   308