Page 300 - Islamic Studies 06
P. 300
İslamda xoşbəxt ailə strukturu./. 299
Valideynlər uşağın yanan təndirə, manqala, qaza
düşməsinə mane olduqları, onu hər hansısa bir təhlükəyə
yuvarlanmaqdan qoruduqları kimi, ilk növbədə, qiyamətdə
təqvasızlığın, pis əxlaqın, imansızlıq və qeyri-saleh əməllərin
nəticəsi olan atəşdən də qorumalıdırlar. Övladı sabahın
əzabından qorumağın yolu ilk növbədə valideynlərin təqvalı
olması, sonrakı mərhələdə isə bu təqvanın tərbiyə vasitəsi ilə
uşaqlara ötürülməsidir. Valideynlər öz uşaqlarının tərbiyəsində
çox səy göstərməli və onlara ən çox can yandıran şəxs
olmalıdırlar. Onlar öz vücudlarını təqva, iman və saleh əməllə
zinətləndirməli, sonra isə uşağın tərbiyəsinə, saflaşdırılmasına
çalışmalıdırlar. Əxlaqi sifətləri övladlarına təlim edərək, onu
pis dostlardan və pis müəllimdən qorumağa cəhd etməlidirlər.
Valideynlər övladının həyat amalının həddən artıq
zinətlənməsinə, israf, bəzək-düzək və var-dövlətə
çevrilməməsinə səy göstərməlidirlər. Əks təqdirdə, həmin uşaq
sabahın tamahkar, həris, qarətçi və özbaşına bir ünsürünə
çevriləcək. Başqa sözlə desək, cəmiyyət binası təqvasız
insanla, puç ideyalar üzərində qurularsa, bu bina öz başına
uçulacaq və o cəmiyyətin həyatı hamı üçün dözülməz bir şəkil
alacaq.
Lakin hər bir ailənin təməli təqva olar, qadın və kişi
pərhizkarlıqla zinətlənər və valideynlər təqvalı uşaq tərbiyə
edərlərsə, bu zaman cəmiyyətin islah əməl müəssisələrinə,
məmur çoxluğuna, bir çox məhkəmə və mühakimə orqanlarına
ehtiyacı olmayacaqdır. Belə bir şəraitdə dövlətin oğurluğa,
pozğunluğa, qarətçiliyə qarşı xərclədiyi ağır vəsait, millətin və
əhalinin rifahı yolunda istifadə olunacaqdır.