Page 302 - Islamic Studies 06
P. 302

İslamda xoşbəxt ailə strukturu./. 301

                   TƏQVALI QADIN VƏ KİŞİ


                   Ailə başçısı olan təqvalı kişi ailəsinin xərcini yalnız halal
               yolla təmin edir, halal maldan qeyrisini qəbul etmir. O, halal
               yolla pul qazanmaqla, onunla əlaqəli olan şəxslərin hüququnu
               qoruyur.  Başqa  sözlə  desək,  onun  evdən  xaricdə  də  heç  bir
               Allah  bəndəsinə  ziyanı  toxunmur.  O,  ilahi  təqva  sayəsində
               haram  ətrafına  dolanmır,  nəfs  saflığı  və  qənaət  xəzinəsini
               əldən vermir.

                   Təqvalı ailə başçısı iş vaxtını sona yetirdikdən sonra evə
               gəldikdə, bütün yorğunluq və əzginliyini evə daxil olmazdan
               öncə  kənara  qoyub,  tam  şən  və  gülər  üzlə  evə  daxil  olur.
               Xanımına baxaraq, aşiqanə təbəssüm edir. Onun gün ərzində
               evin  təmizliyində,  biş-düş  etdikdə,  uşaqlarını  saxladıqda
               çəkdiyi  zəhmətləri  dəyərləndirir.  Onunla  və  uşaqları  ilə
               olduqca  səmimi  və  mehriban  davranır.  Hər  birinə  lazımi
               hörməti göstərir.

                   Təqvalı ailə başçısı ailə üzvlərinin dindən və dindarlıqdan
               qafil olmamaları üçün daim onlara Allahın halal və haramını,
               pislik və yaxşılıqları xatırladır. Bütün ömrünü və vaxtını evdən
               xaricdəkilərə  sərf  etmir,  öz  gülüş  və  təbəssümlərini  yalnız
               dostları  üçün  saxlamır,  məscidə  getməkdə,  məzhəbi
               məclislərdə iştirak etməkdə ifrat etmir. O, başa düşür ki, İslam
               bütün işlərdə, hətta ibadətdə belə normal, orta səviyyəyə riayət
               etməyi lazım bilmişdir. Dostlarla görüşmək, məclislərdə iştirak
               etmək  bəhanəsi  ilə  ailə  üzvlərinin    həyat  yoldaşının  və
               uşaqlarının hüquqlarını tapdamır.


                   Söhbətimizin bu yerində İslam göstərişləri əsasında məscid
               və  digər  bu  kimi  ictimai  yerlərdə  çalışan  şəxslərə  tövsiyə
               edirəm:  məscid  və  digər  məkanlarda  təşkil  olunan  iclaslarda
               camaat  namazı  qılıb  bir  neçə  dəqiqə  İslam  maarifi,  əhkamı,
   297   298   299   300   301   302   303   304   305   306   307