Page 147 - Islamic Studies 07
P. 147

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 146



            yaradılış)  prinsipləri  ilə  dünyanın  axirətlə  rabitəsi  prinsipi,  insan
            haqqlarının fundamentlərindəndir. Allahı yaradılışın mənbəyi, Xaliq, və
            hikmətli  qanun  qoyan  hesab  edən,  Onun  haqqlarını  insan  haqqlarının
            mənşəyi hesab edən, insan həyatını bu dünya ilə bitdiyinə inanmayan və
            axirətə imanı olan şəxs, Allah bəndələrənin də haqqını tanıyır və ona riayət
            edir.  Çünki,  Allahın  bütün  bəşəriyyətin  yaradıcısı  olduğuna,  bütün
            insanların  onun  məxluqu  olmasına  və  onların  bərabər  hüquqa  malik
            olmasına iman bəsləyir. Bu haqqlara riayət etmək bütün insanlar zəruridir.
            Çünki bütün bəşəriyyətin quruluşu bu əqidə əsasındadır. Rəng, irq, millət
            və.s, insanların biri-birlərini tanıması və əməkdaşlıqları üçün bir vasitədir.
            Bu fenomenlər, heç zaman birinin digərinə üstünlüyü və iftixar mənbəyi
            ola bilməz. İnsan haqqlarına ehtiram qoymayan və ona riayət etməyənlər
            üçün isə, dünyada və axirətdə cəzalar müəyyən edilib.
                 4. İslam taxirində insan haqqlarının keçid mərhələləri
                  İslam,  millətlərin  biri-birinin  kənarında  dinc  yaşamasının  kökünü
            qoyan və protestanlıqdan (xristianlığın içərisində islahatçı hərəkat)  min il
            əvvəl,  digər  dinlərlə  əməkdaşlıq,  onlarlarla  birgə  dinc  yaşamaq  və
                                                                1
            insanların  haqqına  riayət  etməyə  çağırmışdır.   Peyğəmbərlik  əsrinin
            başlanğıcı dəyərlər, siyasi, hüquqi inqilabların təcəllisi bütün sahələrdə, o
            cümlədən insan haqqlarında özünü göstərdi. İslamın insana və Peyğəmbər
            (s)-ın hakim postunda insanlarla rəftarı, insanların əqidəsindən, dinindən,
            dilindən,  irqindən  və  cəmiyyətdəki  statusundan  asılı  olayaraq  onlara
            rəftarı, bəşəriyyət tarixində misli görünməmişdir. Özdostlarının ətrafında
            sadə və nişanəsiz oturması, cəmiyyətin məhrum təbəqəsinə yardımı, inqi
            ayrıseçkiliklə mübarizə, yahudilərin mədinə camaatı ilə
                  əlaqəsi və onların islam camiəsində qəbulu, yahudilərin cənazəsinə
            ehtiram, özünü digərlərindən üstün bilməkdən çəkinmək və onlarla gözəl
            insani xislətlər, peyğəmbər (s)-i bəşəriyyət tarixinin ən gözəl nümunasi
            etdi. O, quran təlimlərinin təlimləri kölgəsində, insan hüquqlarının ilahi
            formasının rəsmini nçəkməyi  bacardı.
                  İslamın  əvvəllərində  mühacirlərdən  ibarət  müsəlmanların  sözçüsü
            olan Cəfər ibn Əbu Talibin, Həbəşədə islamın maarifləndirici təlimlərini
            keçərkən  atdığı  addımlar,  bu  mövzuda  diqqət  olunası  nüanslardandır.
            Həbəşənin  rəsmi  şəxslərindən  biri  Cəfərdən  soruşur:  “Niyə  öz
            əcdadlarının  dinindən  üz  döndərib,  bizim  dinizimə  heç  bir  oxşarlığı


            1   Ali-İmran, ayə 64, Mumtəhinə, ayə 8
   142   143   144   145   146   147   148   149   150   151   152