Page 148 - Islamic Studies 07
P. 148
İslamda insan haqları (tarixi araşdırma) / 147
olmayan bir dinə keçdin?” Cəfər cavab verir: “Biz,nadan və bütpərəst xalq
idik. Pisliklərdən çəkinmir və daima çirkin işlərlə məşğul olurduq,
qonşuların bizim yanımızda heç bir ehtiramı yox idi, Öz yaxınlarımızla
daima müharivə və dava şəraitində yaşayırdiq. Bu acınacaqlı vəziyyətdə
yaşadığımız bir vaxtda, bizim içimizdən parlayan keçmişə sahib və
əmanətə sadiq olan biri, Allahım əmri ilə qalxaraq bizi Tövhidə dəvə etdi,
bütpərəstliyi rədd etdi və bizə əmanətə sadiq qalmaq, psiliklərdən
çəkinmək, yaxınlar və qonşularla gözəl rəftar və onlara yaxşılıq etməyi
tövsüyə etdi. Bizi Qan tökməkdən, yalandan şəhadət verməkdən,
yetimlərin malini yeməkdən, qadınların adına pis sözlər çıxartmaqda və
qeyri qanuni uşaq dünyaya gətirməkdən çəkindirdi. Habelə, bizi namaz
qılmağa, oruc tutmağa və malımızın vergilərini ödəməyə dəvət etdi. Biz
də həmçinin ona iman gətirdik, tək olan Allaha sitayiş və pərəstiş etdik və
onun bütün gğstərişlərinə iman etmişik. Onun halalını halal, haramını isə
haram bilirik.
Cəfərin ilhamlandırıcı və gözəl bəyanı, bu şəxsə böyük təsir etmişdi.
Bu sözlərdən sonra O, ətrafındakılarının müsəlmanlara qrdaşı pis fikirdə
1
olmasına baxmayaraq, müsəlmanlara bütövlükdə azadlıq verdi.
Peyğəmbər (s)-in insan haqqları barəsindəki düşüncələri öz dinamikliyi ilə
irəlilədi, dostları və risalət məktəbinin yetirmələri bu yolda hərəsi öz
işlərinə davam etdilər. Bu arada İmam Əli (ə) digərlərindən daha çox
dəyərli və təqdirəlayiq işlər gördü. Biz bunu Rəsulallah
məktəbinin ən kamil yetirməsi olan, Əmirəl möminin (ə)-in, Misir
valisi təyin etdiyi Malik Əştərə məktubunda görə bilərik: Öz qəlbini xalqa
mehriban davranmaqla ört, hamı ilə dost və mehriban ol. Nəbadə yırtıcı
heyvanlar kimi, onların haqqını yeməyi özünə qənmimət biləsən. Çünki
insanlar iki qrupdurlar: Bir dəstəsi sənin din qardaşların, digərləri isə
yaradılışda və insanlıqda səninlə bərabərdirlər. 2
İnsanın hüquq və azadlığının müdafiəsi, ayrıseçkiliklə mübarizə,
ictimai ədalətin bərpası üçün rəqabət və təlaş, İmam Əli (ə)-ın insanın,
ədalət şüarının təməlini qoyan dəyərli işlərindəndir.
Amma təəssüflər olsun ki, Əməvilər silsiləsinin iş başına gəlməsi ilə,
İslam idarəçiliyi səltənət sisteminə çevrildi. İslam dəyərlərinin təhridi və
qüdrətin maliyyə və zor gücünə ələ gəlməsindən yaranan problemlərdən
təbəqələşmə, ayrıseçkilik, islam maarifindən uzaq düşən məntəqələrin
1 Muhəmməd ibn Haşim, Əs-sirətul nəbəviyyə
2 Nəhcül-bəlağə