Page 150 - Islamic Studies 07
P. 150
İslamda insan haqları (tarixi araşdırma) / 149
5. Mütəfəkkirlərin etirafı
İtaliyanın Napel universitetində, ərəb ədəbiyyatı və İslam
sivilizasiya tarixi
üzrə müəllim olar Vaqleri, Belə deyir:
Biz bu (Quran) kitabda elm mədənləri görürük. Bunlar ən böyük
zəkaya sahib olanlar, əb böyük filosofların və ən güclü hüquqşunasların
tutumundan və istedadından daha böyükdür. Bizi heyran edən tək bu dinin
bəyəriyyətin ehtiyaclarını ödəmək üçün onun istəkləri ilə münasib olması,
insanın, onun sığınacağında yaşaması üçün ən ali qanun olaraq şəriəti
təşkil etməsi deyil, hətta bundan daha üstün addımlar atıb və həyat
fəlsəfəsini də ortaya qoyur... İslam qanunlar toplusu kimi tanınan şəriət,
qaydalardan və rəsmiyyətdən ibarət deyil, şəriət, bütün fərdi və ictimai
həyatın təzahürüdür.
1
Vil Dorant deyir:
İslam dini 5 əsr əzrində (700-1200-ci illər) müdriyyət və güc,
hökumət dairəsinin genişlənməsi, həyat tərzi, insaflı və insani qanunların
tətbiqi, dini təhsilatı, elm tələbələri yetişdirmə, tibb və fəlsəfə elmlərində,
dünya birincisi idi... Belə nəzərə çarpır ki, müsəlmanlar, xristianlardan
daha çox iftixara malik olublar. Əhd və peymana daha çox riayət edirdilər,
məzlumlara qarşı daha rəhimli idilər. Xristianlar Beytul-müqəddəsin fəthi
zamanı(1099-cu), kifayət qədər qanlı cinayətlərə əl atmışlar. İslam,
xristian dünyasının bir çox sahələrində gözə çarpacaq qədər nüfuza sahib
olmuşdur. Xristian avropası yeməklər, dərman peraparatları, silah, ailə
qanunları, səliqə, sənət, ticarət və texniki avadanlıqları, dəniz yollarının
qanunlarını və.s İslamdan öyrənmiş və əsasən onların adlarını da
2
müsəlmanlardan götürmüşlər.
Qustav Loben də həmçinin, bu mövzuda məhşur kəlamlara sahibdir:
“Bizim, ərəblər və müsəlmanlardan başqa, bu qədər təsirə malik olan
ikinci bir millət tanımırıq. Çünki, əlaqə qurduqları hər bir xalq, onların
sivilizasiyasını qəbul ediblər.”
3
Tənqidlərindən çox az dinin amanda qaldığı ingilis mütəfəkkir Corc
Bernard Şou, İslam barəsində belə hökm edir:
İslamın hamı tərəfindən qəbul olunmasının əsas səbələrindən biri,
onun ciddi şəkildə insan hüquqlarının müdafiəsinə qalxmasıdır. İslam bu
1 Loravaksiya Vagleri, “islamın sürətli inkişafı”
2 Vil Dorant, Sivilizasiya tarixi 4-cü cild, səh. 432-433
3 Qustav Loben, “İslam və ərəb sivilizasiyası”