Page 149 - Islamic Studies 07
P. 149

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 148



            üzərində hakimiyyətin qurulmasına səbəb oldu. İnsan ləyaqəti, bərabərlik,
            azadlıq və insan haqqlarına ehtiram, tədricən unutduruldu.
                  Əməvilərin İnhisarçılıq və qeyri insani rəftərlarının əleyhinə qiyam
            edən Abbasilər, sonralar özləri daha da hiyləgər şəkildə eyni yolu getdilər.
            Bu  dəfə  insanlar  ayrıseçkiliyin  və  ehtiramsızlığın  digər  formaları  ilə
            qarşılaşdılar.  Bəni  Ümməyə  xürafi  ruhhiyə  və  milliyyətçilik  kimi  səhv
            düşüncəyə malik olduqlarına görə insanların hüquqlarını pozurdusa, Bəni
            Abbas  isə,  peyğəmbərin  nəslindən  olduğu  düşünərək  ayrıseçkiliyə  yol
            verdilər.  Əlbəttə  ki,  bu  iddialar  əslində  qüdrəti  ələ  keçirmə  məqsədi
            güdürdü.  Osmanlı  imperatorluğu  dönəmində  isə,  İslam  dəyərlərindən
            uzaqlaşma  daha  da  şiddətləndi.  Osmanlı  türklərinin  ədalətsiz  rəftarı  və
            ayrıseçkiliyi,  İslamdan  ekstremist  və  müharibə  sevən  bir  sima
            cilvələndirdi.  Oslamlı  hakimlərinin  səhv  addımları  bir  “Qılınc  və
            müharibə  dini”    anlayışını,  digər  tərəfdən  isə  müxtəlif  yanlış  təbliğlər
            nəticəsində bəzi yanlış fikirlərin meydana gəlməsi rəvac tapdı. Bəziləri isə
            bu yanlış zehniyyəti aradan qaldırmaq üçün, atdığı addımlarda ifrata yol
                                                                        2
                                                     1
            verdilər.  Misal  üçün  cihad  prinsipini  edam  hökmünü   domenantlığın
                             3
            inkarı  prinsipi   və.s  fundamental  məsələləri  inkar  etməklə,  “yumşaq
            islam” siması yaratmağa çalışdılar. Halbuki, islam zülm etmək və zülmə
            boyun  əyməyin  əleyhinə  olub:  “Nə  zülm  edin,  nə  də  sizə  zülm
                                         4
            olunmasına icazə verin...”
                  Son  iki  əsrdə,  Qərbin  siyasi  istismar  və  mədəni  hücumlar
            nəticəsində,  müsəlmanların  əksəriyyəti  islama  qarşı  yadlıq  və  böhrana
            düçar  olmuşlar.  İslamın  insan  haqqları  mövzusunda  olan  sifarişlərini
            unutmuş və müsəlmanlar arasında yeni düşüncə adı altında yad fikirlər
            rəvac tapmışdır. Bəzi mütəfəkkirlər, müsəlman hüquq məsələləri və fərdi
            azadlıq mövzusunda, Qərbin insan haqqları məsələrində çıxarışlarından
            təsirlənmişlər. Təbii ki, bu iddianı birmənalı olaraq qəbul etmək olmaz.
            Çünki,  bir  çox  islam  ölkələrinin  qanunlarında,  islam  standartlarına  və
            şəriətinə uyğun olaraq hökmlər çıxarılmasına riayət olunmuşdur. Hər bir
            halda,  islam  ölkələrinin  muasir  zamanda  verdiyi  qərarlar,  İslam
                                                                5
            əməkdaşlıq konfransının “islam insan haqqları”na  əsasəndir.

            1  Ənfal, ayə 39, Nisa ayə 75, Həcc, ayə 39
            2  Ali İmran ayə 118-119
            3  Nisa, ayə 141
            4  Bəqərə, ayə 279
            5  Misir, İslam insan haqqları bəyannaməsi, 5 avqust, 1990-cı il, islam ölkələrinin xarici XİN-i.
   144   145   146   147   148   149   150   151   152   153   154