Page 152 - Islamic Studies 07
P. 152
İslamda insan haqları (tarixi araşdırma) / 151
Avropanın İslam sivilizasiyasına qarşı təhqir hisslərinin müxtəlif
asbektləri var. Bunun ən mühüm səbəbi, İslam adına təhrif olunmuş işığın
1
təsviridir...
Montqomeri VT, Avropalıların təəssübündən gileylənərək deyir:
Qərbi Avropa, müsəlmanlara qarşı reaksiyasında, onların təsirini
əhəmiyyətsiz cilvələndirməyə və mübaliğə edərək özlərini Yunanın
mirasının varisləri kimi tanıtdırmağa çalışdılar.
Qustav Loben də həmçinin Avropalıların yersiz təəsssübü barədə
yazır:
Müsəlmanlar və İslam əleyhinə olan təəssüblər, miras olaraq bizə
ötürülüb, üst-üstə yəğılıb və artıq bizim xaraktertimizə çevrilib. Bir növ
yəhudilərin xristianlara bəslədiyi kinə oxşayır. Bəzən bunu gizlətməyə
çalışsaqda, kökləri qalmaqdadır.
2
Bu deyilənlərin kənarında, Vil Dorantın dedikləri çox
əhəmiyyətlidir:
İslamın orta əsrlərdə meydana gəlməsi Ərəbistanda parlayan tarixi
ibrətdir. Bir əsrdən az vaxtda böyük bir imperatorluq və çağdaş
zamanımızda dünyanın yarısına hakim olan mötəbər bir din olması,
3
həqiqətən də orta əsrləri ictimai möcüzəsidir.
Yuxarıda qeyd olunanlar, İslamın dünyada (Məzxusən Qərb
dünyasında) rolu və təsirləri mövzusunda olan etiraf və düşüncələrdir.
Baxmayaraq ki, İslam, ümumdünya və ali məzmunlu din olaraq, bütün
təsdiq və təriflərə ehtiyacsızdır.
1 Montqomeri VT, “İslamın orta əsrlərdə Avropaya təsiri”
2 Qustav Loben, “İslam və ərəb sivilizasiyası”
3 Vil Dorant “Sivilizasiyalar tarixi”