Page 151 - Islamic Studies 07
P. 151
İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 150
fonda o qədər güclüdür ki, bənzəri yoxdur. Yunan, Roma, inkişaf etmiş
ölkələr və hətta Amerika və Avropa bu istiqamətdə islamla bərabər ola
bilməzlər. Mən, sabahın avropasının Muhəmmədin imanını qəbul
edəcəyini praqnozlaşdırır və onun nişanələrini görürəm.
Jano ali institutunun tədqiqatçısı, Marsel Buazar deyir:
“İslamın siyasi metodları və hüquq fundamentləri, Qərb
hüquqşunaslarının orta əsrlərdə istibdad əleyhinə, ictimai ədalətin məcəllə
halına salınması prosesində istifadə etdiyi əsas mənbə idi. Cürətlə deyə
bilərəm ki, İslam şəriəti, dünyada beynəlxaq hüququn banisidir...”
Mən Finikya, Yunan, yahudi və hətta xristianlıq fəlsəfəsinə irad
bildirmək istəmirəm. Amma tarixi faktlat və vicdan, orta əsrlərdə
modernite sivilizasiyasını yeddi yüz il öz nüfuzu altında saxlayan, İslam
sivilizasiyası idi.
1
O, qərblilərin unutqanlığı və inkarı barədə yazır:
Bu işin səbəbi tam aydın deyil. Görəsən bu addım, Yunanın Şərq
müqabilində atdığı addımın təkrarıdır?! Yoxsa xristianlıq, ilahi dəyərləri
2
tanımaqdan ehtiyyat edir?
Rane Genun, 1950-ci ilin sentyabrında Fransa çap olan “Tanınmamış
sivilizasiya” kitabında yazır: ... Bəziləri, tarixçilərin bir çox əmrlərdən və
məzhəbçi təfəkkürdən qaynaqlanan sükutunun səbəbini bilmək istəyirlər.
Amma, bəzilərinin dinsiz və bəzilərinin də din əleyhdarı olduğu muasir
taxiççilərə nə demək olar? Amma bununla belə, özlərindən öncəkilərin
reallıqların əksinə dediklərini, təsdiqləyirlər. Həqiqətləri və şərqin
boynunda olan dinin əhəmiyyətini tanımağa, qürur və eqoistlik qoymur.
Bu fonda daha təəccüblü məqam budur ki, Avropalılar özlərini Yunan
sivilizasiyasının birbaşa varisləri hesab edirlər. Halbuki, reallıqlar bu
iddianın əleyhinədir. Məsələnin həqiqi tərəfi budur ki, Yunan elmi və
fəlsəfəsi, müsəlman mütərcimlərinin əli ilə Avropaya gəlib çatıb.
Bildiyiniz kimi, deyilən həqiqətlər daima gizlin saxlanılmışdır.
Məhşur ingilis tarixçisi Montqomeri VT isə, bu sirrin üzərindən belə pərdə
çəkir:
1 Marsel Bazar, İslam və insan haqqları.
2 Marsel Bazar, İslamda insana məhəbbət