Page 264 - Pure Life 13
P. 264

348  PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)

                   /
                  (
                   4.  Dünyanı  pulla  idarə  etmək,  Konsepsial  (şeytani)
                      hakimiyyətdə deyilir: “Mənə dünyanı pulla idarə etmə
                      imkanı  ver,  qanunların  kim  tərəfindən  yazıldığı  mənə
                      maraqlı  deyil!”   İslami  idarəetmədə  isə  xüms,  zəkat,
                      sədəqə  və  s.  kimi  qanunlarla  insanların  iqtisadi
                      ehtiyacları  təmin  olunur.  Riba  kimi  ədalətsiz  qazanc
                      yolunu  isə  Allah  Təala  qadağan  etmişdir.  Bu  gün
                      dünyaya  nəzər  saldıqda  insanların  çoxunun  kredit  və
                      digər  adlar  altında  riba  ilə  məşğul  olduğunu  görürük.
                      Hətta  bu  o  qədər  ciddi  bir  şəkil  almışdır  ki,  insanlar
                      banklardan asılı vəziyyətə düşmüş və bəzi sosioloqlar
                      bunu  kreditomaniya  xəstəliyi  kimi  dəyərləndirmişlər.
                      Bankların borclarını ödəyə bilmədiklərinə görə intihara
                      əl  atıb  həyatına  son  qoyanların  sayı  dünyada
                      artmaqdadır.  Beləliklə  konsepsial  hakimiyyət  dünyanı
                      öz nəzarəti altında saxlayaraq idarə edir.
                   5.  Konsepsial  hakimiyyət   tənbəki,  narkotika,   spirtli
                      içkilər  və  s.dən  genetik  silah  kimi  istifadə  edərək
                      insanların  kökünü  kəsməyə  çalışır.  İslam  dini  isə
                      insanları fitrətlərinə uyğun şeylərə dəvət edib, ziddinə
                      və  yad  olan  şeylərdən  çəkindirir.  Buna  görə  də,
                      konsepsial  hakimiyyətin  tərəfdarları  Dinin  inkişaf
                      etmə ehtimalı olan yerlərdə narkomaniya, spid və s.
                      bəlaları yayırlar.
                   6.  Konsepsial  (şeytani)  hakimiyyət  xırda  və  iri  çaplı
                      silahların  müxtəlif  ölkələrə  leqal  və  qeyri  leqal
                      yollarla satılmasını təmin edərək müharibələrə və bu
                      müharibələr  yolu  ilə  də  insanların  kökünün
                      kəsilməsinə  şərait  yaradır.  Suriya,  İraq,  Yəmən,
                      Bəhreyn,  Fələstin,  Qarabağ,  Ukrayina  və  s.  ölkələr
                      bunun bariz nümunəsidir.
   259   260   261   262   263   264   265   266   267   268   269