Page 330 - Pure Life 13
P. 330
282 / PURE LİFE, On üçüncü buraxılış, Nəşr ili: Beşinci, 2018 May (1439 h.q. 1397 h.ş.)
Virtual Təcavüz
İnternetin yayılması ilə ortaya çıxan ən mühüm
təhlükələrdən biri də virtual təcavüzdür. Yəni, internet
mühitində insanlara psixoloji təzyiq, narahat etmə və.s
kimi sıxıntılara səbəb olmaqdır.
Almaniya orta məktəblərində şagirdlər arasında
keçirilən sorğuda şagirdlərin 25%nin bu cür təcavüzə
məruz qaldığı öyrənilib. Bu kimi təcavüz halları təəssüflər
olsun ki, hər gün daha da artmaqdadır.
Ələxsus 11-12 yaşında olan uşaqların bu təcavüzlər
nəticəsində intihar etmə faktlarının çoxluğundan dolayı
valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar.
Bəs vəziyyətdə uşaqlar nə edə bilərlər?
Virtual təcavüzə məruz qalan uşaqlar ya gənclər
“virtual təvüzkarı” əngəlləyə (blok), cavab verməyə, bunu
başqalarına da deyib xəbərdarlıq etmək kimi nümunəvi
davrana bilərlər. İnternetin faydası, zərərləri və
zərərlərindən qorunma yolları.
Amma təəssüflər olsun ki, çox zaman uşaqlar ya
gənclər internetdən məhrum ola biləcəklərini düşündükləri
üçün bu ailələrindən gizlədirlər.
Kitab Oxuma Vərdişimizin Yoxa çıxması.
Son illər artıq məktəblərdə təhsilin tamamilə elektron
olması və şagirdlərin yalnız tabletlərlə məktəbə gedib
gəlməsi məsələsi üzərində işlənilir. Hətta hədəfimiz
“Çantasız və kitabsız təhsil”dir deyənlər də var. Əbəttə
internetin faydaları danılmazdır, şagirdlər ağır çantalardan
xilas olacaq.
Lakin, 6-7 yaşındakı bir uşaq internetlə əlaqələrini
düzgün tənzimləyə biləcəkmi?
Kitab və kitab mədəniyyətini aradan aparılmasına
çalışmaq çox təhlükəlidir.