Page 125 - Pure Life 02
P. 125

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 245





                           Sonra İmam Rza (ə) yəhudi aliminə baxaraq buyurdu: «Ey Rəis Calut,
                        səni and verirəm Musanın (ə) gətirdiyi möcüzələrə, diqqətlə  qulaq as və
                        (yalandan yox demə) inkar etmə! Tövratda Məhəmməd (s) və onun ümməti
                        barəsində yazılanları oxumusanmı? «Axırıncı ümmət, bir dəvə minmiş şəxsə
                        itaət edər. Onlar Allahı təzə zikrlərlə təsbih edərlər. Əvvəlki ümmətlərdən
                        fərqli  olaraq,  Allaha  yeni  məscidlərdə,  yeni  təsbihlərlə  ibadət  edərlər.
                        Bəni-İsrail gərək onlara itaət etsin ki, qəlbləri imanla aramlaşsın...»
                           -Ey Yəhudi, Tövratda qeyd olmuş bu ayələri təsdiqləyirsənmi?
                                                                                  1
                           Rəis Calut: «Bəli, mən bu ayələri Tövratda görmüşəm...»
                           Gördüyünüz kimi, İmam Rza (ə) Yəhudi və Məsihi alimlərinə onların öz
                        kitab və etiqadlarından, çox böyük hünərlə Tövhidi sübut edərək, Uca Tanrı-
                        dan başqasının ilahiləşməyini qeyri-mümkün və məntiqsiz sayır.
                           Qurani-kərimdə Həzrət İsa (ə) və Ruhul-Qüds çox böyüklüklə yad olu-
                        nurlar.  İsa  (ə)  Allahın  ən  əzəmətli  peyğəmbərlərindən  biri  sayılır.  Ruhul-
                        Qüds isə Allahın əmrilə ona qeyb aləmindən köməklər edir. Quranda «Ru-
                        hul-Qüds», ya «Ruhul-əmin» İlahi mələyi kimi tanıdılır və bütün peyğəm-
                        bərlərə, o cümlədən, Həzrət İsaya (ə) və Həzrəti Məhəmmədə (s) İlahi vəhyi
                        xalqa çatdırmaqda köməklik edir. Quran Allahdan başqa hər nə varsa Alla-
                        hın məxluqatı və yaratdığı bilib, həzrət İsa və Ruhul-Qüdsü də bu ümumi
                        qaydadan  müstəsna  etməmişdir.  Həmçinin,  xristianların  əqidə  bəslədikləri
                        «üç üqnum əqidəsi»-ni də küfr və batil sanır.




















                        1. Üyuni-Əxbari-Rza (ə), c. 1, səh. 104 -108
   120   121   122   123   124   125   126   127   128   129   130