Page 127 - Pure Life 02
P. 127
İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 243
Ümumiyyətlə, Qurani kərim Allah-təalanı «Allah birdir», «Onun heç
bir şeyə ehtiyacı yoxdur», «O hər bir şeyə qadirdir», «Allahın
misli-bərabəri yoxdur», «O sizin qəlblərinizə agahdır» və bu kimi
yüzlərlə ayədə ən kamil və əlçatmaz vəsflərlə mədh edir. Və dönə-dönə
Uca Tanrının təkliyinə israr edən Quran öz sözünün sübutu üçün
buyurur: «Əgər yerdə və göydə Allahdan başqa Allahlar olsaydı, o
zaman bütün aləmin nizam-intizamı pozulardı. Ərşin Rəbbi olan Allah
ona nisbət verilənlərdən (Ata və ya şərik sahibi olmaqdan) uzaqdır.»
(Ənbiya , 22)
Qurani kərim yuxarıdakı ayədə kainatın iki və ya çox Allah tərəfindən
yaradılmasını, ya idarə edilməsini qeyri-mümkün sayıb və bunun səbəbini
kainatda nizam-intizamın pozulması ilə açıqlayır. Qurana görə, əgər dünyanı
yaradan iki, ya çox Allah olsaydı, o zaman onların hər biri dünyanı və onun
parçalarını istədikləri formada yaradardı. Bu da dünyanın düzgün qurulmaması
və nəhayət, onun dağılması ilə nəticələnərdi. Məsələn, günəşi yaradan Allah
o qədər istilik verərdi ki, başqa Allahın yaratdığı insanlar günəşin fövqəladə
və dözülməz hərarəti nəticəsində məhv olardılar. Həmçinin, küləyi yaradan
Allah ona elə bir qüvvə verərdi ki, o biri Allahın yaratdığı bütün varlıqları
göyə sovurardı. Deməli, əgər hazırda dünya nəzmlə yaranıb və proqram
əsasında idarə olunursa, bu o deməkdir ki, yaradan və idarə edən yalnız
qüdrəti tükənməyən vahid bir varlıqdır (Allahdır).
Belə sual meydana gələ bilər ki, dünyanı yaradan və onu idarə edən bir
neçə Allahı təsəvvür etmək heç də qeyri-mümkün bir şey deyil. Ona görə ki,
təsəvvür etdiyimiz Allahlar dünyanı yaradarkən və onu idarə etdikləri vaxt
bir-birilərilə məsləhətləşib nəzm-intizamı qoruya bilərlər. Beləliklə, çox
Allahın mövcud olması ağıldan kənar deyil.
Cavab: Əgər Allahlar bir-birilərilə məsləhətləşirlərsə, bu o deməkdir ki,
onların heç biri tükənməz elmə və qüdrətə malik deyil. Çünki, məsləhət
nəyisə bilməyəndə və ya nədəsə şəkk edəndə və yaxud da hansısa bir
mürəkkəb məsələdə ortaya çıxır.
Allah-təala isə bütün dinlərə əsasən hər bir şeyi bilir və onun üçün qaranlıq
və mürəkkəb heç bir şey yoxdur. Deməli, Allah-təaladan başqa Allahların
mövcud olmaları, hətta təsəvvür olunmaları belə batil və ləğv sayılır.