Page 129 - Pure Life 02
P. 129

İBRAHİMİ DİNLƏRDƏ ALLAH/ 241





                           Əsrlər boyu Avropanın ən tanınmış alim, filosof, ilahiyyatçı və tarixçilərinin,
                        bu əqidəyə qarşı çıxmaları, Pavelin İsa (ə) barəsindəki etiqadnaməsinin nə
                        qədər əsassız və uydurma olduğundan xəbər verir. Bu etiqadlar əgər İsanın
                        (ə) həqiqi təlimlərində  olsaydı, heç vaxt həvarilərin belə şiddətli ixtilafları
                        ilə üzləşməzdi. Diqqət etmək lazımdır ki, burada söhbət dinin kök və əsl
                        bünövrəsi barəsində  yaranmış ixtilafdan gedir, nəinki hər hansı mübahisə
                        törətmiş bir rəvayət və canişinlik iddiasından. Çünki əgər bu mübahisə
                        dində olan hər hansı bir hökm və ya İsadan (ə) sonra olacaq canişin barəsində
                        olsaydı, məsələyə adi yanaşmaq mümkün idi. Amma burada söhbət dinin
                        özündən, özülündən gedir. Yaranmış ixtilaf və pərakəndəlik elə bu səbəbdən
                        də təəccüb doğurur, İsanın (ə) həqiqi dinində belə xurafat dolu əqidənin
                        olmadığını yetirir.
                           Beləliklə, Volterin «üç üqnum əqidəsi» barəsində söylədiyi fikirlərlə bu
                        bəhsi sona yetiririk:
                           İnsan, «Allah olan İsanın» necə ana bətnində doğularaq bu dünyaya gəldiyini,
                        sonra isə insanlar tərəfindən dara çəkilərək öldüyünü və yenidən dirildiyini
                        fikirləşdikdə,  heyrətə gəlir. Ağıllı insan bu sözün batil , uydurma olduğuna
                        istər-istəməz etiraf edir. Hər nə qədər özündən soruşsan ki, adi bir yəhudi
                        (İsa) necə oldu «Allah» oldu?!» Öz sualına cavab tapa bilməyərək, onun
                        fərziyyə     olduğunu anlayır.
                           Qəribədir ki, məsihilər «üçün bir və birin üç» olduğunu başa düşmədikləri
                        halda,  ona  necə  inanırlar?  Bu  açıq-aşkar  düşüncəsizlik  deyilmi?  Qədim
                        iranlılar və  yunanlar günəşə pərəstiş edirdilər. Saiblilər ulduzları, finlilər
                        küləyi və keçmişdə  yəhudilər  «mis ilana» ibadət edirdilər. Lakin bəşərin
                        rüsvayçılığı o    dərəcəyə çatdı ki, adi bir insanı sonsuz, əbədi-əzəli Xaliq,
                        Yaradan sandırlar! Və  bununla kifayətlənməyərək, öz Allahlarının  «ətini
                        və qanını  «çörək və şərab» şəklində dilləri arasında çeynəyir, onu həzm
                        edərək çirkablığa qərq edirlər.
                           İlahi, ey Ulu Tanrı, mən sənin varlığına inanıram! Sənsə mənim bu səmimi
                        naləmi eşit və qəbul et. Mənim dinsizliyim (hər hansı bir dinə qulluq etməməyim)
                        Səni  alçaltmır.  Amma  bu  camaat  səni  təhqir  edərək,  düzgün  tanımır.  Mən
                        xristian  deyiləm!  Çünki  səni  çox  sevirəm.  Və  daim  sevmək  istəyirəm.»
                        («Volterin külliyyatı», c. 26, səh. 292)
   124   125   126   127   128   129   130   131   132   133   134