Page 126 - Pure Life 02
P. 126
244/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)
Elə buna görə də Qurani-kərim Məhəmməd peyğəmbər (s) və onun
Əhli-beyti (ə) həmişə məsihiyyətdə sonradan meydana gəlmiş küfr və şirk
fikirlərlə mübarizə aparırdı. Dediyimizə nümunə olaraq İmam Rzanın (ə)
yəhudi və xristian alimlərilə bu mövzuda apardığı bəhslərdən bir neçə parçanı
(ixtisarla) nəzərinizə çatdırırıq.
İmam Rza (ə) Məmunun sarayında Məsihi alimi Caselikdən soruşur:
«İsanın ölüb-dirilməsinin Allahın iznilə olmasına etirazın yoxdur ki?»
Caselik: «Etirazım var! Çünki ölüdirildən, anadangəlmə kor və şilə şəfa
bəxş edən şəxsin özü Allah sayılmalıdır.»
İmam Rza (ə): «Yuşə peyğəmbər (ə) də İsa (ə) kimi su üzərində batmadan
gəzib, ölü dirildib və anadangəlmə korlara şəfa bəxş edirdi. Bəs nəyə görə
ümməti onu Allah adlandırmadı? Və heç kəs onu Allah sanaraq ibadət etmədi?
Həmçinin, Hezqil peyğəmbər (ə) də, İsa (ə) kimi möcüzələr yaradırdı. Belə
ki, 60 illik 3500 ölünü məhz Hezqil peyğəmbər (ə) (Allahın iznilə) diriltdi!»
Bu zaman İmam (ə) üzünü məclisdə əyləşmiş yəhudi alimi Caluta tutaraq
buyurdu: «Sən bilirsənmi «Tövrat» bu 3500 cavanın Bəni-İsrail tayfasından
olduğunu söyləyir? Və orada deyilir ki, Boxtun-Nəsr onları Bəni-İsrail
əsirlərindən ayıraraq Vabildə öldürdü? Sonralar isə Hezqil peyğəmbər (ə) on-
ları Allahın göstərişilə diriltdi? Bu sözlərin hamısı Tövratda mövcuddur. Sən
bunları inkar edə bilməzsən. Çünki bu sözləri ancaq kafirlər inkar edirlər.»
Yəhudi alimi Calut dedi: «Biz bu sözləri eşitmişik, bilirik və qəbul edirik!»
İmam Rza (ə) Caselikə üz tutaraq buyurdu: Ey Caselik, bizim Peyğəmbər
(s) anadangəlmə kor, şil və dəlilərə şəfa vermək qüdrətinə malik idi. O,
heyvanlar, quşlar, cin və şeytanlarla danışmağa qadir idi. Lakin biz onu Allah
sanmırıq. Vahid tanrıdan başqa heç kimi özümüzə Allah bilib ona ibadət
etmirik. Biz bütün peyğəmbərlərin üstünlüyü və əzəmətinə iman gətirsək də
heç bir halda onları ilahiləşdirmirik. Siz isə Yuşə (Yeşeya) peyğəmbər (ə),
Hezqil (Hezegil) (ə) və Məhəmməd peyğəmbərin (s) İsa (ə) kimi möcüzəyə
qadir olmalarını bilsəniz də təkcə İsanı (ə) Allah sanırsınız!...
Əgər ölü diriltmək, anadangəlmə kor və şilə şəfa vermək bir kəsin Allah
olmasına dəlalət edirsə, gərək onda bütün peyğəmbərləri Allah biləsən! »
Bu zaman hər yanı sükut bürüdü. Bütün nəzərlər Caselikə tərəf yönəldi.
İmam Rza (ə) buyurdu: «Caselik, nə fikirləşirsən?»
Caselik dedi: «Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur.»