Page 130 - Pure Life 02
P. 130

240/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                           İndi də onun tərəfdarları Untitarianistlər, İtaliya, Rumıniya, İsveç, Hollandiya,
                                                                                        1
                        İngiltərə, Amerika, Macarıstan və sair ölkələrdə fəaliyyətdədirlər.
                           1303-cü ildə «Papa» rütbəsinə malik VIII Boniface belə deyir: «Gülməlidir
                        ki, bunlar Allahı həm üç və həm də bir sanırlar... Gülməlidir ki, «Allah insan
                        surətində  dünyaya  gəlibdir»  deyirlər.»  («Mədəniyyətlər  tarixi»,  c.  4,  səh.
                        1098)  İtaliyalı Qabril Dasalo, Fransalı Kastalyun, Hollandiyalı D. Erasmus,
                                              2
                                                                                4
                                                             3
                        İtaliyalı Cordana Bruno  və C. Vanini,  rusiyalı L. Tolstoy  və digər yüzlərlə
                        alim «üç üqnum əqidəsi»nə qarşı çıxmış və onlardan bəziləri ağır işgəncələr
                                                                                  5
                        altında canını tapşırmış, amma öz fikrindən əl götürməmişdir.
                           İndiki azad fikirli xristian mütəfəkkirləri artıq «Allahın oğlu İsaya» yox,
                                                                        6
                        nümunəvi isan-peyğəmbər olan İsaya (ə) inanırlar.
                           Alman alimi Nitsşe (1844-1900) «üç üqnum inancı»na etiraz səsini ucaltmaqla
                                                                                                 7
                        birgə, İsanın (ə) edam olunmadığını da təsdiqləyir. (Nitsşe, «Yaxşı və pis», səh. 91)
                                                                     8
                                                                                             9
                           Alman  filosofu  və  ilahiyyatçısı  Şlayxmaxer   (1768-1834)  XIX  əsrdə   və
                                                                                  11
                                           10
                        onun müasiri D. Kant  (1724-1804) bu inancın əleyhinə çıxmış  və İsa Məsihin
                        (ə)  yalnız  ilahi  peyğəmbər  oluduğunu  söyləmişlər.  İsveç  alimi  Svidinbergi
                                                                              13
                                    12
                        (Svedenborg ) (1688-1774) də bu cərgəyə aid etmək olar.

                        1.  İ.  Mulent,  «Xristian  dünyası»,  səh.  309-313;  F.  Devid,  M.  Suzini,  F.  P.  Suzini,  C.
                        Bedel, Milton, Nyuton və başqaları da təkallahlı olmuş, «üç üqnum əqidəsi»ni rədd etmiş
                        və İsanı (ə) yalnız peyğəmbər saymışlar.
                        2. Cordano Bruno (1548-1600) italyan filosofu, sxolastik fəlsəfə və Roma katolik kilsəsi
                        əleyhinə  mübariz;  8  illik  həbsdən  sonra  inkvizisiya  tərəfindən  Romada  yandırılmışdır.
                        («Fəlsəfi terminlər ensiklopediyası», tədqiqatçı qrupu, səh. 66)
                        3. Culio Cezare Vanini (1585-1619) italyan alimi, kilsəyə qarşı «hörmətsizlikdə, küfr»də
                        müqəssir bilinərək Tuluza şəhərində diri-diri yandırılmışdır.
                        4. Lev Nikolayeviç Tolstoy (1828-1910) rus yazıçı və mütəfəkkiri.
                        5. «Mədəniyyətlər tarixi», c. 5, səh. 605; c. 6, səh. 348 və 575; «Elm fəlsəfəsi və tarixi»,
                        səh. 171; Keoi Velf «İncillərin mahiyyəti haqda», səh. 104-128
                        6.  «Protestant  ilahiyyatı»,  səh.  58-113«Elm  fəlsəfəsi  və  tarixi»,  səh.  171;  Keoi  Velf
                        «İncillərin mahiyyəti haqda», səh. 104-128
                        7. «Qərb fəlsəfəsi tarixi», c. 1, səh. 462
                        8. Fridrix Ernest Daniel Şleyermaxer (1768-1834) alman protestant teoloqu və filosofu.
                        9. «Fəlsəfə və məsihi əqidəsi», səh. 111-112
                        10. İmmanuil Kant (1724-1804) alman filosofu və alimi, klassik alman idealizminin banisi.
                        11. Həmin yer, səh. 102
                        12. Svedenbarq Emmanuel (1688-1772) isveç natrualist alimi.
                        13. «Xristian dünyası», səh. 290-292
   125   126   127   128   129   130   131   132   133   134   135