Page 128 - Pure Life 02
P. 128

242/ PURE LIFE, Vol.2.No.2, (Ramadan Mubarak 1436. Tir 1394. July. 2015)





                        Üç üqnum İslam baxımından
                        Qurani-kərimin ən əsaslı və köklü məsələlərindən olan tövhid anlayışı, İlahi
                        mərifətlərin  birincisi  olmaqla  yanaşı  İslam  dinində  olan  bütün  məsələlərin
                        istisnasız şəkildə dayaq nöqtəsidir. Həmçinin, Quranda göstərilən peyğəmbərlərin
                        heç birinin vahid Allaha doğru çağırışları bu kitabda zikr olan səmavi dinlərin
                        bir tanrı tərəfindən  göndərilmələri,  İslam Tövhid inancını ləkələyən  və  ona
                        şübhə  oyadacaq  ən  kiçik  fikirlərlə  belə  mübarizəsini  bir  daha  açıq  şəkildə
                        bəyan edir. Elə buna görə də, Qurani-kərim İlahi Tövhiddən uzaq düşməyi
                        bağışlanmayan bir günah sayaraq buyurur: «Allah-Taala heç vaxt ona şərik
                        qoşmağı bağışlamaz. Lakin əgər bundan başqa günah olarsa (ilahi məsləhəti
                        olduğu halda) istədiyi şəxsi bağışlayır.» (Nisa, 48)
                           Deməli  İslamda  şirk  və  tövhiddən  uzaq  düşmək  necə  böyük  bir
                        günahdırsa, Allah-taala bütün günahları məsələhət bildiyi zaman bağışlayır,
                        lakin şirki heç bir vaxt bağışlamağa hazır deyil. Hətta müqəddəs Quranda
                        müşrik  insanın  yaxşı  əməlləridə  İlahi  yanında  puç  və  dəyərsiz  sayılır:
                        «Sənə və səndən qabaqkı bütün peyğəmbərlərə vəhy olunmuşdur ki, əgər
                        müşrik olsanız əməllərinizin hamısı hədər olacaqdır. Və əlbəttə ki, ziyan
                        görənlərdən olacaqsınız.» (Zümər, 65)
                           Müqəddəs  Quran  həmişə  «üç  üqnum  əqidəsi»ni  və  Allaha  şərik  qoşan
                        bütün əqidələri batil sayaraq, belə bir inanc sahiblərini nifrin etmişdir. Buna
                        nümunə olaraq bir necə ayəyə işarə edirik:
                           1.  «Həqiqətən də Allah üçdür deyənlər kafir oldular. Allahdan başqa
                               bir  Allah  yoxdur.  Əgər  onlar  (Məsihilər)  öz  dediklərindən  əl
                               çəkməsələr o kafirləri  böyük əzab gözləyir!» (Maidə, 73)
                           2.  «Yəhudilər  dedilər:  Üzeyir  Allahın  oğludur.  Xristianlar  dedilər:
                               Məsih      Allahın oğludur. Onlar öz sözlərilə özlərini küfr edənlərə
                               oxşadırlar.  Allah  onları  öldürsün.  Yenə  Allaha  böhtan  atırlar.»
                               (Tövbə, 30)
                           3.  «Allah, Məryəm (ə) oğlu məsihdir deyəndər kafir oldular. Bir halda
                               ki, Məsih dedi: Ey Bəni İsaril, mənim və sizin rəbbiniz olan Allaha
                               ibadət edin. Allah, ona şərik qoşana Cənnəti haram və Axirətin isə
                               Cəhənnəm etmişdir.» (Maidə, 78)
   123   124   125   126   127   128   129   130   131   132   133