Page 222 - Pure Life 02
P. 222
İBRAHİMİ DİNLƏRDƏ PEYĞƏMBƏRLİK VƏ VƏHY/ 148
Tövratda tapşırılır ki, əgər aranızdan bir peyğəmbər yaxud bir röya
görən çıxıb sizə bir əlamət ya da möcüzə olacağını söyləyərsə, sonra
tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək- deyərsə,
bəhs etdiyi əlamət və ya möcüzə həyata keçsə də, belə peyğəmbərin yaxud
röya görənin sözlərinə qulaq asmayın. Tövrata görə, bu, bir ilahi sınaq və
imtahandır. Allahı görmək istəyir ki, insanlar Allahı bütün qəlbləri, bütün
1
varlığı ilə sevirmi?
Amma eyni halda qeyd olunur ki, yalançı peyğəmbərləri tanımanın bir
yolu da, onların möcüzələrinin və qeybi xəbərlərinin boşa çıxmasıdır.
"Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata
keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O
2
peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın."
Həmçinin, Əhdi-ətiq iddia edir ki, Allah-təala yalançı peyğəmbərlərin
möcüzəsini boşa çıxardır və onları ifşa edir. "Yalançı peyğəmbərlərin
3
möcüzələrini boşa çıxaran, Falçıları ifşa edən Allah."
2- Əhdi-ətiqin təsvir etdiyi peyğəmbərlər məsum deyildir.
Ümumiyyətlə, Əhdi-ətiq müqəddəs peyğəmbərlərə çox ziddiyyətli münasibət
bəsləyir. Sanki müntəzəm olaraq onları bir növ məsuliyyətsiz, dargöz, kobud,
pisliyə və pozğunluğa meylli insanlar kimi tanıtmaq istəyir. Peyğəmbərlik
heysiyyətinə və şərəfinə layiq olmayan, ən pis işləri, böyük günahları onlara
nisbət verir. Qəribədir ki, eyni halda bu peyğəmbərləri Allah elçisi, müqəddəs
insan, Allahın dostu sayır. Belə məqamlardan bəzilərini aşağıda qeyd etməyi
lazım bilirik:
Lut peyğəmbər (ə)
Bibliya Lut peyğəmbərin öz qızları ilə cinsi əlaqədə olduğunu və onun
nəslinin beləcə davam taparaq yaşadığını iddia edir. Varlıq, 19 fəsil,
30-38-ci cümlələrdə söylənilir: «Lut öz şəhərindən çıxdıqdan sonra, Allah
onun qövmünə, o şəhərin sakinlərinə bəla göndərdi. Lut şəhərdən kənarda
öz iki qızı ilə mağarada yaşamağa başladı.
1. Qanunun təkrarı, 13:1-5
2. Qanunun təkrarı, 18:22
3. Yeşaya, 44:25