Page 188 - Pure Life 03
P. 188
226 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)
“Yalnız verifikativ (təcrübə olunan) hökmlərin mənası
var” sözünün özü qeyri-təcrübi (qeyri-verifikativ) bir
hökmdür və bu prinsipə əsasən də onun özü mənasız
olmalıdır. Mənasız söz ilə də bütün sözlərin və hökmlərin
“mənalılıq meyarı”nı təyin etmək olmaz.
2.3. Anti-Mənəviyyat Sistemlərin Məğlubiyyəti
Anti-mənəviyyat fəlsəfələrə əlavə olaraq, bu fəlsəfələrin
təsiri altında yaranan bəzi anti-mənəviyyat sistemlər də
XX əsrin sonlarında rəsmi şəkildə öz məğlubiyyətlərini
elan etdilər. Bildiyimiz kimi, XX əsrdə dünyanın təqribən
yarısı Komunizmi, Marksizmi sevirdi. Bu elə bir sistem
idi ki, onun ən mühüm cəhətlərindən biri anti-mənəviyyat
və anti-din olmaq idi, din və mənəviyyatı millətlərin
tiryəki hesab edirdi və bu tiryəklə mübarizəni özünün
mütləq vəzifəsi bilirdi.
Avropada, Asiyada, Amerikada dünyanın yarısı da
həmin sistemə aşiq idi və özlərinin bütün qədim amal və
arzularının ödənməsini bu anti-din sistemdən gözləyirdi.
Amma XX əsrin sonralında dünya xalqları son dərəcə
təəccüb və inamsızlıq içində bu sistemin rəsmi şəkildə
çökməsinin şahidi oldu. Nəhayət, Kommunizm sistemi
XX əsrin 9-cu onilliyində rəsmi şəkildə bacarıqsızlığını və
nəticədə də özünün məhv olmasını elan etdi. Hamı bu
həqiqəti başa düşdü ki, bu sistem xəyali ilğımdan başqa
bir şey deyil. Və bəşəriyyətin həqiqi ehtiyaclarına cavab
verməyə acizdir.
Bu həqiqət camaatın dinə meyl və istəyinə, mənəviyyat
tələbinə yeni bir həyəcan verdi. Bu kommunist sisteminin
boyunduruğundan nisbi müstəqillik və ən azı dünüşcə
müstəqilliyi qazanan bir çox millətlər yenidən
mənəviyyata və dinə meyl hiss etdilər. Onlar bütün
varlıqları ilə bu anti-mənəviyyat sistemin çatışmazlığını,
zəifliyini duydular.