Page 193 - Pure Life 03
P. 193

İrfan və mənəviyyatın həyatımızdakı rolu / 221

                  Bizim  ölkədə  mənəvi  və  irfani  yığıncaqlar  yüksək
               şəkildə  keçirilir.  “Xaneqah”lar  (sufilərin  toplaşdığı  ev)
               aşkar  və  gizli  şəkildə,  açıqda  və  zirzəmilərdə  daim  yeni
               müridləri cəzb etməkdədir. Ölkəmizdə irfan, mənəviyyat,
               metafizik  təlimlər  və  s.  adı  ilə  mərkəzlər,  müəssisələr
               formalaşmışdır.
                  Dünyada  belə  bir  meylin  varlığına  başqa  bir  şahid
               musiqi, film, multfilm, roman, dastan və s. kimi sənət və
               mədəniyyət  sahələrinin  müxtəlif  mənəvi  istehsallarıdır.
               Cadugərlik,  falçılıq,  alınyazısı,  öncədən  proqnozlar,
               cindarlıq,  şeytanla  əlaqə  qurmaq  və  s.  kimi  mövzularda
               kitabların  nəşr  olunması  və  onların  böyük  tirajla  satışı
               buna  başqa  bir  nümunədir.  Təəssüflər  olsun  ki,  belə
               kitabların bizim ölkədə də çoxlu müştəriləri var.
                  Belə  ki,  yuxarıdakı  mövzular  haqqında  müxtəlif
               kitablar  tərcümə  olunaraq  böyük  tirajlarla  camaatın
                                                                             2
                                                            1
               ixtiyarında  qoyulmuşdur.  Hətta  falçılıq   və  alınyazısı
               ensiklopediyası  nəşr  olunur.  Hər  halda,  belə  sahələri
               camaatın  yaxşı  qarşılaması  və  bu  cür  kitabların  yüksək
               satışı  ümumi  mənada  və  öncə  qeyd  olunan  tərifə  əsasən
               dünyada  camaat  arasında  mənəviyyata  meyl  dalğasının
               varlığından xəbər verir. Qərb insanı arasında mənəviyyata
               üz  tutmağın  varlığı  haqqında  bir  çox  dəlillər  vardır  ki,
               uzun  olmasın  deyə  onları  xatırlatmırıq  və  oxucunu  digər
                                               3
               mənbələrə baxmasını deyirik.
                  Ziyalı  yazıçı  və  iddiaçıların  yazılarına  ötəri  baxış  da
               həmçinin göstərir ki, irfan və mənəviyyat mövzuları, əsasən
               də son zamanlar, onların əsərlərində də tez-tez vurğulanır.
               Müşahidə edirik ki, bəzi ziyalı iddiaçılar bu mənəviyyata,
               irfana  meyl  bazarında  islami  irfan  və  mənəviyyat
               düşüncələri yaratmaq əvəzinə sekulyar və dinsiz,

               1. “Falçılıq Ensiklopediyası”, Katakar.
               2. “Alınyazısı Ensiklopediyası”, Linda Qudmen və Yedeqran.
               3. “İmam Xomeyni Əsri”.
   188   189   190   191   192   193   194   195   196   197   198