Page 189 - Pure Life 03
P. 189

İrfan və mənəviyyatın həyatımızdakı rolu / 225

                  Onlar  “verifikasiya”nı  özünün  yüksək  zirvəsinə
               çatdırdılar  və  isbat  etdilər  ki,  verifikasiya  (təcrübə
               olunmaq)  “mənalılıq”ın  meyarıdır  və  təcrübi  olamayan
               (verifikativ)  hər  bir  hökm  (təsdiq)  və  məfhum  (təsəvvür)
               mənasızdır.  Həmin  ifrat  baxış  bir  çox  alim  və  ümumi
               camaatın verifikasiyanın yanlışlığını və onun arxası ilə də
               bəşəri elm və ağılın bacarıqsızlığını aşkar şəkildə müşahidə
               etməsinə səbəb oldu. Buna əlavə olaraq, insanlar Allahdan
               ayrı və müstəqil olan müasir elmin məhsulunu və bəşərin
               əqli  tədbirlərini  XX  əsrin  birinci  yarısında  iki  dünya
               müharibəsində bütün varlığı ilə hiss etdi.
               2.2. Anti-Mənəviyyat Fəlsəfələrin Yanlışlığının İsbatı
               İşarə  etdiyimiz  kimi,  modernizm  dövründə  “anti-
               mənəviyyat”  və  “anti-din”  nəzəriyyələşdirilmişdir.  Qərb
               alimlərinin  təbiri  ilə  desək,  bir  sıra  pozitivistlər  Qərb
               tarixində Vitgenşteynin fikirlərinin və düşüncələrinin təsiri
               altında “Vyən” toplantısı vasitəsilə və mütaliə mərkəzinin
               təşkil olunması ilə ən ifrat və ən anti-din fəlsəfə və düşüncə
               sistemini – “Pozitivizm Fəlsəfəsini” – yaratdılar.
                  “Vyən”  halqası  adı  ilə  tanınan  bu  qrup  qısa  müddət
               ərzində Qərbdə və onun ardınca da dünyanın hər yerində
               elmi  və  fəlsəfi  fəzanı  öz  ixtiyarları  altına  almağı
               bacardılar. XX əsrin 4, 5 və 6-cı onilliklərində bütün fikir
               və düşüncə mərkəzlərini özlərinə məğlub etdilər. Saentizm
               pozitivizmin təfəkkürünün əsas cəhəti idi.
                  Amma sonda bu fəlsəfə və buna oxşar digər fəlsəfələr də
               sönməyə üz tutdu. Pozitivizmin bəzi müdafiəçiləri və Vyən
               halqasının  üzvləri  bu  təfəkkürə  elmi  tövbələrini  ümumi
               şəkildə elan elədilər və bunun özü anti-din olanlarla mübarizə
               üçün dindarların əlində münasib silah idi. Buna əlavə olaraq,
               pozitivizmin  fikri  əsaslarının  yanlışlığı  aşkar  oldu.  Onların
               düşüncələrinin  ən  mühüm  prinsipi  olan  “mənalılığının
               meyarı” bir çoxlarının elmi tənqidlərinə məruz qaldı. Onun ən
               sadə iradı özü ilə ziddiyyət təşkil etməsi idi.
   184   185   186   187   188   189   190   191   192   193   194