Page 191 - Pure Life 03
P. 191

İrfan və mənəviyyatın həyatımızdakı rolu / 223

                  Bu söz, əlbəttə ki, İslam mənəviyyatı, şiə təfəkkürü və irfanı
               fəzasında tam doğru sözdür. Amma Klifford bu söz ilə istəyirdi
               ki, din, mənəviyyat və dini inancları qeyri-əqli (qeyri-rasional)
               və “əsaslandırılmış dəlil”ə malik olamayan bir fenomen bilsin.
               Müasir insanın anti-din olması və mənəviyyatdan yayınması o
               yerə  çatmışdı  ki,  hətta  elmi  yığıncaqlarda,  üniversitetlərdə
               “Allah” adının çəkilməsinə razı deyildi. Ona görə ki, belə bir
               varlığı qəbul etmək və ona inanmaq qeyri-elmi, xurafat, əfsanə
               sayılırdı.  Elm  və  elmi  ocaq  fəzasının  xurafi  və  əfsanəvi
               fenomenlərdən uzaq olmasını istəyirdi.
                  Müasir  insanın  elmi  qüruru  o  yerə  çatmışdı  ki,
               təcrübəni  hər  bir  düşüncənin  elmiliyinin  və  həqiqiliyinin
               isbatı üçün yeganə  yol bilirdi. Hər bir qeyri-təcrübi sözü
               qeyri-elmi  hesab  edirdi.  Nəinki  yalnızca  ilahiyyat  və
               metafizik  məfhumlarına,  hətta  əxlaqi  məfhumlara  da
               qeyri-elmi  və  nəticədə  də  mənasız  kimi  baxırdı.  Onların
               “doğru”  və  “yanlış”lığı  haqqında  fikiri  mənasız  sayırdı.
               Ona  görə  ki,  bir  düşüncənin  “mənalı”lığı  və  ya
               “mənasız”lığının meyarını “verifikasiya” (təcrübə olunan:
               o da hissi təcrübə cinsindən olmaq şərti ilə) hesab edirdi.
               Bir  sözün  “doğru”  və  “yanlış”lığı  onun  “mənalı”
               olmasından sonra məna daşıdığına görə, elə isə hər hansı
               bir  şey  mənalı  olmasa,  əsas  etbarilə  onun  doğru-yalan
               olması haqqında tədqiqata növbə çatmayacaq.
                  Saentizm  və  rasionalizm  hamıdan  çox  Qərbi  bürüdü  və
               onları  din  və  mənaviyyatdan  uzaqlaşdırdı.  Bir  çox  Şərq,
               xüsusilə də İslam ölkələri böyük zərərlər gördü, əlbəttə onun
               xidmətləri və yaxşı cəhətlərindən də məhrum idilər. Amma
               təəssüflər  olsun  ki,  bu  ruhiyyənin  Qərb  alimləri  arasında
               yayılması  və  modern  elmin,  ağılın  mərkəzliliyi  və  onun
               müasir insanın bütün elmi və əməli sahələrinə hakim olması
               bəzi müsəlman alimlərini də qorxu altında özünə tabe etdi.
               Belə  ki,  onların  din  və  dini  təimlər  barəsindəki  təfsirləri
               qərblilərin seantik təsirinə olduqca məruz qaldı.
   186   187   188   189   190   191   192   193   194   195   196