Page 190 - Pure Life 03
P. 190

224 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  Misal  olaraq,  İqbal  Lahurinin  və  onun  arxası  ilə  də
               doktor  Şəriətinin  “xatəmiyyət”ə  (peyğəmbərliyin  sonu)
               verdikləri  təfsir  aşkar şəkildə  bu  meylin  təsiri  altındadır.
               Bu  şəxslər  müasir  insanın  əqli  yetkinliyini  və  inkişafını
               peyğəmbərliyin      və    peyğəmbərlər       (ə)   silsiləsinin
               kəsilməsinin əsas səbəbi hesab edirlər. Onlar iddia edirlər
               ki, xatəmiyyət dövründə bəşəriyyət ağıla və müasir elmə
               söykənməklə,  elmi  metoddan  (induksiya  və  təcrübə)
               kömək almaqla öz ayağı üstündə dayana və özünün bütün
                                                           1
               problemlərini, məsələlərini həll edə bilər.
                  Amma çox çəkmədi ki, bəşər bu elmi qürurun möhkəm
               yuxusundan  oyandı.  Modern  elmin  çatışmamazlıqlarını
               bütün varlığı ilə hiss etdi və bu nəticəyə gəldi ki, hər bir
               insani problemin həlli rasionalizmin və modern elmin işi
               deyil. İnsan bir neçə cəhətə malik bir varlıqdır. Bəşərin ən
               mühüm  ehtiyac  və  dərdləri  onun  vücudi  dərdləri,  ruhi,
               psixoloji,  daxili  ehtiyaclarıdır  və  müasir  elm  bunlara
               münasib  cavab  verə  bilməz.  Bəşər  get-gedə  bu  nəticəyə
               gəldi  ki,  təcrübi  elm  onun  bütün  problemlərini  həll  edə
               bilməz. Bir çox əsas, fundamental insani ehtiyaclar təcrübi
               elmin sahəsindən kənardır.
                  Digər tərəfdən də ağıl, əqli metodlar və əqli elmlər də
               böyük  əhəmiyyət  və  rola  malik  olmasına  baxmayaraq,
               insanın  vücudi  ehtiyaclarının  məhz  bir  hissəsinə  cavab
               verirlər.  Ümumi  olaraq  demək  olar  ki,  müasir  insan  bu
               nəticəyə gəldi ki, sırf fəlsəfi, elmi və əqli sistemlər insanın
               bütün  ehtiyaclarını  təmin  etməkdə  lazım  olan  bacarığa
               malik deyillər.
                  Bəlkə də demək olar ki, pozitivistlər istəmədən belə bir
               nəticənin hasil olmasında ən mühüm rola malik idilər.

               1. Bu baxış və ona iradlarla və həmçinin xatəmiyyətin düzgün izahı ilə
               tanışlıq üçün müəllifin “Xatəmiyyət, İmamət və Məhdəviyyət” kitabəna
               müraciət edə bilərsiniz.
   185   186   187   188   189   190   191   192   193   194   195