Page 192 - Pure Life 03
P. 192

222 /PURE LIFE, Vol.2.No.3, (Dhul ZİLHİCCE 1436, sentyabr 1394. sentyabr 2015)

                  hətta  Allahsız  məniyyat  haqqında  söhbət  açırlar  və
               qədim      irfanların,    dinlərin,     Mani,     Zərdüştlük,
               Həxameneşyan         kimi     qədim      İran     qövmlərinin
               mənəviyyatının  təbliğinə  üz  tutmuşlar.  Bu,  alimləri  və
               dünyanın bir çox yerlərindən olan insan qruplarının İslam
               mənəviyyatına və ayininə meyl yarandığı bir zamandadır.
                  Amma görəsən bu  meylin səbəbləri və amilləri nədir?
               Bəşər  nə  üçün  nisbətən  uzun  zaman  fasiləsindən  sonra
               yenidən  mənəviyyata  üz  tutmuşdur?  Aşağıda  bu  meylin
               bəzi ən mühüm səbəb və amillərinə işarə edirik:
               2.1. Modern Elmə, Ağıla, Rasionalizmə və Məntiqə Ümidsizlik
               Müasir bəşər modernizm dövründə güman edirdi ki, yeni
               elm onun bütün problem və iztirablarının həlledicisidir.
                  Buna  əsasən  də  hər  bir  qeyri-elmi  və  metafizik  ideya  ilə
               şiddətlə    mübarizə      aparırdı.   Maarifçilik    dövrünün
               qabaqcıllarından  biri  olan  Denis  Didro  (1713-1784)  təbiətin
               mesajını yeni əsrin insanına belə çatdırır: “Ey xurafat bəndəsi!
               Öz  xoşbəxliyini  bihudə  olaraq  səni  yerləşdirdiyim  bu  aləmin
               sərhədlərindən o tərəfdə axtarma! Şücaətli ol və özünü mənim
               hüququmu  tanımayan  bu  üsyankar  rəqibim  olan  dinin
               boyunduruğundan  azad  elə.  Mənin  qüdrətimə  qəzəb  edən
               allahları  kənara  qoy  və  mənim  qanunlarıma  qayıt.  Bu  zaman
                                                                    1
               dərk edəcəksən ki, həyat yolun gül-çiçəyə dolmuşdur”.
                  Digər tərəfdən də maarifçilik dövrünün rasionalizmi o həddə
               çatmışdı ki, hər bir “irrasional” (ağıla aid olmayan, ağıl ilə isbat
               oluna bilməyən, ağılın imkanlarındna xaric olan, isbatolunmaz)
               sözün “anti-rasional” (ağıla zidd olan) olduğunu güman edirdilər
               və buna görə də bir çox dini və mənəvi iddiaları inkar edirdilər.
               Rasionalistlərin  əsas  şüarı  ingilis  riyaziyyatçısı  Kliffordun  bu
               qısa və fəsahətli sözündə xülasələnirdi, o deyirdi: “Kimsənin heç
               bir  zaman  və  heç  bir  yerdə  kafi  olmayan  dəlillər  əsasında  hər
                                                    2
               hansı bir şeyə inanması düzgün deyil” .

               1. “Fəlsəfə Və Aydınlaşdırma, İazh etmə”, Ernest Kasirer.
               2. “The Ethics of Belief”, W. K. Clifford, in Philosophy of Religion.
   187   188   189   190   191   192   193   194   195   196   197