Page 121 - Pure Life 07
P. 121

İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri

                                  Dr. Tofiq Əsədov (Azərbaycan)
                                                                 1
                         Alınan tarix: 27/03/2016             qəbul tarixi: 21/11/2016

                  Məqalənin Xülasəsi
                  Məqalədə  Həzrət  İmam  Hüseynin  (ə)  ali  mənəvi-
                  əxlaqi  xüsusiyyətlərindən  bəhs  edilir.  İstər  ibadət,
                  Allah qorxusu, Allah eşqi kimi şəxsi xüsusiyyətlər,
                  istərsə  də,  ictimai  rəftarlarda  səxavət,  güzəşt,
                  mehribanlıq,  təvazökrlıq,  mərhəmət,  cəsarət,  ədəb
                  və  nəzakət  kimi  gözəl  xasiyyətləri  araşdırılaraq,
                  nümunə olaraq təqdim edilir.

                  Açar  Sözlər:  İmam  Hüseynin  (ə),  əxlaqi
                  keyfiyyətləri, mənəvi keyfiyyətləri

                  Müqəddimə
                  Bildiyiniz  kimi  İslam  dininə  görə  İmamət
                  mərtəbəsi olduqca  məsuliyyətli və  əhəmiyyətli  bir
                  vəzifədir. Belə ki, Uca Yaradanın Peyğəmbərimizin

                  (s)  vasitəsilə  bəşəriyyətə  ərməğan  etdiyi  həqiqi
                  dinin saflığı və təhriflərdən, xurafatlardan qorunub,
                  saxlanması məhz İmamın öhdəsinə düşür.
                     Peyğəmbərimizin  (s)  tam  hüquqlu  canişini
                  sayılan İmam, dinimizdə hələ də xalqa tam, şərhli
                  formada  bəlli  olmayan  mühüm  məsələləri,
                  insanlara  olduğu  kimi,  lazımı  formada  izah  verib,
                  açıqlayır.

                  1.  böyük  elmi  işçisi,  Əl-Mustafa  Beynəlxalq  Virtual
                  Universitetinin, Qum, iran, tofiq.asadov@inbox.ru
   116   117   118   119   120   121   122   123   124   125   126