Page 120 - Pure Life 07
P. 120

116  / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)

                     İmam,  həmçinin,  dinə  qarşı  irəli  sürülən  yanlış
                  iddiaları, dinimizlə  fikri  mübarizə  aparan  yadların
                  müxtəlif       şübhələrini       mükəmməl          şəkildə
                  cavablandırır.
                     İmam         Peyğəmbərimizdən            (s)      sonra
                  müsəlmanların rəhbərliyini öhdəsinə alaraq, ən ali
                  hökmə və həlledici qərarlara sahibdir.
                     İmam həm də, nümunəvi bəndə, kamil bir insan
                  olaraq  ilahi  höccəti  və  Allahın  yer  üzərindəki  ən
                  əzəmətli feyz, mərhəmət vasitəsidir.
                     Sözsüz  ki,  belə  ağır,  ciddi  və  dəyərli  vəzifənin
                  öhdəsindən  gələn  şəxs  olduqca  ali  mə`nəvi
                  keyfiyyətlərə malik olub, hər bir günahdan, xətadan
                  uzaqdır. Yə`ni məsum insandır. Elə bunun üçün də,
                  bu  məqama  seçilən  şəxslər  birbaşa  Allah-taala
                  tərəfindən tə`yin olunur.
                     İmam  Hüseyn  (ə)  də  digər  imamlar  (ə)  kimi
                  mə`sumdur.  Bundan  əlavə  o,  ilahi  kamilliyin  tam
                  zirvəsində durur.

                  Həzrət Hüseynin (ə) əxlaqi xüsusiyyətləri
                  Qeyd  etmək  lazımdır  ki,  biz  nə  qədər  Şəhidlər
                  ağasının  (ə)  gözəl,  qiymətli  xüsusiyyətlərindən

                  danışsaq,  yenə  də  azdır.  Bu  haqqda  onlarla  kitab
                  yazılsa  belə  onun  mənəvi  üstünlüklərini  vəsf  edib
                  qurtara bilməz. Elə buna görə də, bu barədə ətraflı
                  bəhs  etmir  və  İmamın  (ə)  bə`zi  əxlaqi
                  keyfiyyətlərinə işarə etməklə kifayətlənirik:
   115   116   117   118   119   120   121   122   123   124   125