Page 117 - Pure Life 07
P. 117
İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 119
a) Şam (Dəmeşq) əhli olan İsam ibn Müstələq belə
deyir: «Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən
gözüm Hüseyn ibn Əlinin (ə) vüqarlı, gözəl simasına
sataşdı. Onun pak, əzəmətli və möhtəşəm
görünüşünə paxıllıq etdim. Elə bu vaxt onsuz da
əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan düşmənçilik
hissim indi daha da alovlanmağa başladı. Qəlbimdəki
kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya
bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim.
Əvvəlcə istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona
müraciət etdim. Sonra isə ona bacardığım qədər
söyüş, təhqiramiz kəlmələr yağdırmağa başladım.
Amma o, üzünü mənə tutaraq mehribancasına
söylədi: «Şam (Dəmeşq) əhlisənmi?»
Dedim: «Hə, nə olub ki?»
Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş
şeytanın şərrindən Allaha pənah aparıram.
Mehriban və bağışlayan Allahın adı ilə sözümə
başlayıram. Necə ki, Allah-taala buyurur: «Bağışla,
yaxşı əməllərə doğru sövq et və cahil şəxslərdən üz
çevir.» Bu ayə Allahın elçisi Həzrət Məhəmmədin
(s) ən gözəl əxlaqı barəsindədir. Qardaşım,
mənimlə sakit, aram söhbət et ki, həm öz işini və
həm də, mənim işimi çətinləşdirməyəsən. Allaha
tövbə et və bağışlanmağını dilə. Əgər məndən
kömək istəsən, sənə kömək edərəm. Hər nə lazım
olsa, nəyə ehtiyacın varsa sənə verərəm. Həmçinin
doğru yola yönəlməyə ehtiyac duysan, səni haqq
yoluna irşad edərəm.»