Page 118 - Pure Life 07
P. 118

118  / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)

                     Zərəndi  Hənəfi  deyir:  «Hüseyn  ibn  Əli  (ə)
                  namaz,  oruc,  həcc  və  sonsuz  ibadət  əhli  idi.
                  Səxavətli və kəramətli idi.»
                     Məhəmməd Əbduh da yazır: «Həzrət Hüseyn ibn
                  Əli (ə) təvazökar və abid bir şəxs idi. Gecələr oyaq
                                                      1
                  qalıb, ibadətlə məşğul olardı...»
                         2.  Güzəşt və mərhəməti


                      «Hər hansı bir pisliyin cəzası onun özü kimi bir
                      pislikdir. Bununla belə hər kəs (pislik edəni)
                      bağışlasa və (onunla) barışsa, onun mükafatı
                                                        2
                                       Allaha aiddir.»
                     Mərhəmət və şəfqət imamı olan Həzrət Hüseyn
                  (ə)  ən  qüdrətli  olduğu  zamanda  belə  onu  təhqir
                  edən,  ədəbsizlik  göstərən  şəxslərlə  təmkinlə
                  davranmışdır,  O,  nəinki,  səbirsizlik  göstərərək
                  onları cəzalandırmamış hətta dini nəciblik nümayiş
                  etdirərək  öz  gözəl  əxlaqı,  tərbiyəvi  nəsihətləri  ilə
                  qarşı  tərəfi  sakitləşdirməyə  çalışmışdır.  Ona  qarşı
                  edilən  ədəbsizliyin  nə  qədər  böyük  olmasına
                  baxmayaraq,  əməlinin  qəbahətini  anlayan  və
                  peşmançılıq  hissi  keçirən  insanları  bağışlamış,
                  təqsirinə  göz  yummuşdur.  İmamın  (ə)  saymaqla
                  qurtarmayan  belə  alicənab  hərəkətlərindən  bir
                  neçəsinə işarə edirik:



                  1. «Əlləmu övladəkum bi məhəbbəti ali Rəsul (s) », səh. 133.
                  2. Şura surəsi, ayə 40.
   113   114   115   116   117   118   119   120   121   122   123