Page 116 - Pure Life 07
P. 116

120  / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)

                     Mən  Peyğəmbərin  (s)  evində  tərbiyə  almış
                  Hüseynin (ə) səmimiyyət, mərhəmət dolu sözlərinin
                  qarşısında  utandım  və  ona  dediyim  ləyaqətsiz
                  sözlərə görə xəcalət çəkib, peşman oldum.
                     İmam  Hüseyn  (ə)  mənim  peşman  olduğumu
                  duyaraq,  Yusif  peyğəmbərin  (ə)  öz  günahkar
                  qardaşlarına  söylədiyi  bu  ayəni  oxudu:  «Bu  gün
                  sizə  qarşı  heç  bir  danlaq  və  məzəmmət  yoxdur.
                  Allah  sizi  bağışlayar.  O,  mərhəmətlilərin  ən
                  mərhəmətlisidir.»
                     Allaha  and  olsun,  onun  bu  mülayim  və  ədəbli
                  davranışı mənə o qədər təsir etdi ki, utandığımdan
                  öz-özümə  dedim:  «Kaş  yer  yarılaydı,  yerə
                  girəydim.  Amma  Hüseynə  (ə)  belə  ədəbsizcəsinə
                                       1
                  davranmyaydım.»
                     b) İmam Hüseyn (ə) qonaqları ilə birlikdə yemək
                  yeyirdi.  Elə  bu  vaxt  qaynar  xörəklə  dolu  qazanı
                  süfrəyə gətirən qul ehtiyatsız davranaraq, isti xörəyin
                  hamısını       İmamın         (ə)     üstünə       dağıtdı.
                  Cəzalandırılacağından  qorxan  qul  üzünü  İmama  (ə)
                  tutaraq bu ayəni oxudu: «Qəzəblərinə hakim olarlar.»
                     İmam (ə) xidmətçilərə buyurdu: «Onu buraxın.»
                     Qul başqa ayəni oxudu: «Camaatın günahlarını bağışlayarlar.»
                     İmam (ə) buyurdu: «Səni bağışladım.»
                     Qul  yenə  bir  ayə  oxudu:  «Allah  gözəl  əməl
                                       2
                  sahiblərini sevir.»


                  1.  «Müntəhəl-ə`mal»,  səh.  350;  «Əxlaq  fəlsəfəsi»,  səh.  25-26;
                  «Məalis-sibteyn», c.1, səh. 60.
                  2. Ali İmran surəsi, ayə 134.
   111   112   113   114   115   116   117   118   119   120   121