Page 119 - Pure Life 07
P. 119

İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 117

                         1.  İbadəti





                      “Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini
                   yalnız Ona məxsus edərək, batildən haqqa (islama)
                       dönərək - ibadət etsinlər, namaz qılıb zəkat
                          versinlər. Doğru-düzgün din budur!”
                                                                    1
                     Tarixçilərin  yazdıqlarına  və  mə`sumlardan  bizə
                  gəlib  çatmış  hədislərə  əsasən  İmam  Hüseyn  (ə)
                  Allaha olan ibadətinə ciddi şəkildə əhəmiyyət verir,
                  gün  ərzində  vaxtının  çox  hissəsini  yüzlərlə  rükət
                                                                 2
                  namaz       qılaraq,    ibadətlə     keçirirdi.     Keçən
                  bəhslərimizdə  işarə  etdiyimiz  kimi  O,  iyirmi  beş
                                                             3
                  dəfə piyada həcc ziyarətinə getmişdi.
                     İbn  Əbdül  Birr  deyir:  «Həzrət  Hüseyn  (ə)  çox
                  fəzilətli və Allahşünas bir şəxs idi. O, çoxlu namaz,
                  oruc və həcc yerinə yetirirdi.»
                                                     4
                     İmam Hüseynin (ə) şəhadət xəbəri Abdullah ibn
                  Zübeyrə  yetişdikdə  dedi:  «Allaha  and  olsun  elə
                  şəxsi öldürdülər ki, gecələr uzun-uzadı ibadət edir,
                                                  5
                  gündüzlər də oruc tuturdu.»


                  1. Bəyyinə surəsi, ayə 5.
                  2. “Tarixi-Təbəri”, c. 5, səh. 421; İbn Əbu Rabbuh, “Əqdül-fərid”,
                  c. 2, səh. 220; Seyyid ibn Tavus, “Lühuf”, səh. 105.
                  3. İbn Cövzi, «Sifətüs-səfvə», c. 1, səh. 321; İbn Əsir, «Usdül-ğabə»,
                  c. 3, səh. 20; İbn Səd, «Tərcümətül-imamul Hüseyn (ə)», səh. 158.
                  4. İbn Abdullah, «Əl-istiyab», c. 1, səh. 393.
                  5. «Tarixi-Təbəri», c. 6, səh. 273.
   114   115   116   117   118   119   120   121   122   123   124