Page 72 - Pure Life 07
P. 72
164 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
Əgər şəhid olsan, Allahın izni ilə qiyamət günü
Peyğəmbərin (s) və Hüseynin (ə) kənarında mənə
şəfaət tələb edərsən.»
Belə olduqda Züheyr İmamın (ə) yanına qayıtdı.
Və Aşura günü igidlik nümayiş etdirdikdən sonra,
şəhid oldu.
Həbib ibn Məzahir də, İmam Hüseynin (ə) çağırış
məktubunu alarkən, xanımı ona dedi: «Həbib, səni
and verirəm Allaha ki, ağamız Hüseynə (ə) kömək
1
etmək üçün səhlənkarlıq etmə!»
Həbib ibn Məzahir isə onu sınamaq məqsədilə
belə söylədi: «Mən necə Kərbəlaya gedim ki,
qorxuram övladlarım yetim qala?» Amma Həbibin
həyat yoldaşı cavabında dedi: «Sən Allahın Rəsulu
Məhəmmədin (s) Hüseyn ibn Əli (ə) barəsində
buyurdu: «Həsən (ə) və Hüseyn (ə) behişt
cavanlarının sərvəridir.» Kəlamını eşitməmisənmi?
İndi isə nə üçün Peyğəmbər övladının köməyinə
tələsmirsən? Ey Həbib, get və İmam Hüseyni (ə)
görsən, mənim əvəzimdə də, onun əllərini,
ayaqlarını öpərsən. Salamımı ona yetirərsən.
3. Mənəvi dayaq oldular
Cəsur müsəlman qadınları Kərbəlada öz ərlərini
döyüşə atılmağa həvəsləndirir, onlara mə`nəvi
dayaq olurdular.
1. Mürtəza Kermani, «Qəhrəman qadınlar», səh. 74; K. Firişler,
«İmam Hüseyn (ə) və İran», səh. 3-5.