Page 95 - Pure Life 07
P. 95

Aşura mərasimləri, mənəvi dəyər kimi/ 141

                     Nəql olunur: Peyğəmbər (s) bunu dedikdə, Allah bu
                  ayəni  endirdi:  “Ya  Peyğəmbər!  Rəbbin  tərəfindən
                  sənə  nazil  olanı  təbliğ  et.  Əgər  bunu  etməsən
                  Allahın risalətini (sənə həvalə etdiyi peyğmbərliyi)
                  yerinə  yetirmiş  olmazsan.  Allah  səni  insanlardan
                                                                           1
                  qoruyacaq. Allah küfr əhlini düz yola yönəltməz!” .
                     Bu  ayə  Əlinin  (ə)  imamətini  isbat  etməklə
                  yanaşı, imamətin xüsusi önəm daşıdığını və islam
                  ümmətinin imamsız təsəvvür olunmadığını diqqətə
                  çatdırır.  Hüseyn  (ə)  də  bu  imamət  nurunun  bir
                  ulduzu olmaqla yanaşı, Əlinin (ə) övladıdır.
                     Həmçinin  o,  dünya  və  axirət  xanımlarının
                  rəhbəri Fatimənin (ə) oğludur.
                     İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) Fatiməni
                  çox  öpərdi.  Bunu  görən  Aişə  ona  etiraz  etdikdə
                  Həzrət buyurdu: ey Aişə! Mən göylərə merac edəndə
                  Cənnətə daxil oldum. Orada Cəbrail (ə) məni yanına
                  çağırıb Tuba ağacının meyvəsindən yedirtdi. Ondan
                  belimdə  bir  şeylər  əmələ  gəldi  ki,  yer  üzünə
                  qayıtdıqdan sonra Xədicə Fatiməyə (ə) hamilə oldu.
                                                                         2
                  Mən onu öpdükdə Tuba ağacının ətrini duyuram” .
                     Bundan  əlavə  o,  Əhli-beytdən  olmaqla  xüsusi
                  üstünlük və fəzilətə malikdir. Quran buyurur: “Siz
                  ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və
                                                          3
                  sizi tərtəmiz,  pak etmək istəyir” .


                  1. Şəvahidüt-tənzil, cild I, səh-187, hədis № 243  .
                  2.  Əllamə  Hüveyzi,  Təfsiru  nurüs-səqəleyn,  cild  III,  səh-131,
                  hədis № 49.
                  3. əl-Əhzab-33.
   90   91   92   93   94   95   96   97   98   99   100