Page 92 - Pure Life 07
P. 92

144  / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)

                     İmam  Hüseynin  (ə)  üstünlüklərini  bizə  çatdıran
                  ayələrdən  biri  də  “Biz  ona  böyük  bir  qurbanlıq
                  əvəz verdik”  ayəsidir.
                                  1
                     Bu  ayəni  izah  edən  İmam  Rza  (ə)  buyurur:
                  “Allah İbrahimə (ə) oğlu İsmailin (ə) əvəzində ona
                  nazil etdiyi qoçu kəsməyi əmr etdikdə, İbrahim (ə)
                  Allahdan  təmənna  etdi  ki,  oğlu  İsmail  (ə)  qurban
                  kimi  kəsilsin,  çünki  ona  qoç  kəsmək  yox,  oğlunu
                  kəsmək əmr olunubdur. Allah ona belə vəhy etdi:
                  Ey  İbrahim!  Yaratdıqlarım  içində  sənə  ən  çox
                  sevimli olan kimdir?
                     İbrahim  (ə)  dedi:  Ey  Rəbbim!  Yaratdıqların
                  içində mənə ən sevimli olan həbibin Məhəmməddir
                  (s). Allah vəhy edərək dedi: sənə o çox sevimlidir
                  yoxsa öz canın?
                     İbrahim  (ə)  dedi:  O,  mənə  canımdan  da
                  sevimlidir.  Allah  vəhy  etdi:  sənə  onun  övladı
                  sevimlidir yoxsa  sənin öz övladın?
                     İbrahim  (ə) dedi: onun övladı. Allah vəhy  etdi:
                  onun  övladını  onun  düşmənləri  zülmlə  başını
                  kəsərlər,  onun  öldürülməsi  sənin  qəlbini  ağrıdır
                  yoxsa oğlunun qurban kəsilməsi? İbrahim (ə) dedi:
                  ey Rəbbimin onun zülmlə kəsilməsi mənim qəlbimi
                  daha ağrıdır. Allah dedi: ey İbrahim! Məhəmmədin
                  (s) ümmüətindən bir dəstə ondan sonra onun oğlu
                  Hüseyni (ə) zülm və düşmənçiliklə qoç kəsən kimi
                  kəsərlər.




                  1. əs-Saffat-107.
   87   88   89   90   91   92   93   94   95   96   97