Page 100 - Pure Life 07
P. 100
136 PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
(
/
İmama (ə) böyük ehtiram və sayğı göstərən
Müaviyə xeyli yaltaqlandıqdan sonra Yezidi
tərifləyərək, əsl niyyətini açıqladı.
Həzrət Hüseyn (ə) onun sözünü kəsib, öncə
Peyğəmbər (s) və Əhli-beytin (ə) fəziləti haqqında
söhbət etdi. Sonra isə buyurdu: «Yezidə beyət
etməyimi istəyirsən? Heç vaxt mümkün deyil! Heç
bir zaman ola bilməz! Ey Müaviyə, sübh olduqda
qara kömür rəngi ilə rüsvay olar. Günəş parladıqda
zəif işıqlar xasiyyətini itirər. Sən özünü və Yezidi
tərifləməklə həddən ziyadə ifrata vardın. Sən zalım,
paxıl və təcavüzkar adamsan. Sən heç vaxt haqq
sahiblərinin haqqını vermədin, amma şeytan
səndən öz payını tam olaraq aldı.
Mən oğlunu tərifləməyindən belə nəticə aldım
ki, onu hakimiyyətə gətirmək niyyətindəsən. Elə
tərifləyirsən ki, sanki biz Yezidi tanımırıq. Onu elə
ağızdolusu, canfəşanlıqla öyürsən ki, guya oğlunun
bizim xəbərsiz olduğumuz üstün xüsusiyyətlərini
aşkarlayıb, bilmədiklərimizi bizə öyrədirsən.
Guya Yezid heç də öz çirkin əməlləri ilə məşhur
deyil və xalq onun azğın fikirlərini bilmir.
Yaxşı, əgər belədirsə de ki; «Yezid təhrik
olunmuş itlərlə oynayır, quşbazdır. Gecə-gündüz
pozğunluqda şöhrət tapmış əxlaqsız qadınlarla
əylənir, cür-bəcür iyrənclik və haram dolu eyş-
işrətə məşğuldur.” Bəli o, belə işlərə olduqca
həvəsli, «bacarıqlı»dır.