Page 90 - Pure Life 07
P. 90
(
/
146 PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
İbn Həcər adı çəkilən əsərində belə bir hədis də
nəql edir: “Əli (ə) Peyğəmbərin (s) yanına daxil
oldu. Peyğəmbər (s) ayağa qalxıb onu qarşıladı,
alnından öpdü və sağ tərəfində oturtdu.
Abbas Peyğəmbərə (s) dedi: onu çox
istəyirsənmi? Həzrət buyurdu: ey əmi! And olsun
Allaha! Allah onu məndən çox istəyir. Allah bütün
peyğəmbərlərin (s) zürriyyətini onların öz
bellərindən, mənim zürriyyətimi isə Əlinin (ə)
1
belindən qərar vermişdir” .
İmam Hüseynin (ə) haqqında nazil olmuş
ayələrdən biri də “Allah iman gətirib yaxşı
əməllər edən bəndələrinə bununla müjdə verir
de ki: mən sizdən bunun [risaləti təbliğ
etməyimin] müqabilində qohumluq
2
məhəbbətindən başqa bir şey istəmirəm..”
ayəsidir.
Bütün təfsir və hədis əhlinə görə bu ayədə
məqsəd Peyğəmbərin (s) yaxın qohumları olan
Əliyə (ə), Fatiməyə (ə), Həsənə (ə) və Hüseynə (ə)
məhəbbət göstərib onları sevməkdir.
Bu ayə təfsirçilərin yanında “Məvəddət” ayəsi
kimi tanınır. Bu ayənin təfsiri haqqında Əllamə
Hüveyzi belə rəvayət edir: “İsmail bin Əbdülxaliq
İmam Sadiqə (ə) dedi: Bəsrə əhli bu ayə haqqında
deyir ki, qohumluq məhəbbəti dedikdə,
Peyğəmbərin (s) qohum-əqrəbası nəzərdə tutulur.
1. əs-Səvaiqül-mühriqə, səh-239.
2. əş-Şura-23.