Page 96 - Pure Life 07
P. 96
140 / ( PURE LIFE, Vol.3.No.7, (Safar Al-Muzaffar 1438. Azar 1395. November 2016)
Əvvəla, qeyd etmək lazımdır ki, Allah Qurani-
kərimdə “Və ləyalin aşr-And olsun on gecəyə”-
ayəsi bəzi təfsir əhlinə görə məhərrəm ayının ilk on
gününə içilən anddır.
Həmçinin Quranda Allahın nişanələrinə hörmət
etmək təqvadan irəli gələn bir hal kimi
1
qiymətləndirilmiş, Peyğəmbərə (s) Allahın
günlərinin qeyd edilməsini müsəlmanlara
2
bildirilmişdir.
İmam Hüseynin (ə) şəhadəti ibrətamiz hadisələrlə
dolu olmaqla yanaşı, dinimizin qorunub saxlanması
və zalımlara qarşı peyğəmbərlərin apardıqları
mübarizələrin davamı və son nöqtəsi deyilmi?
İmam Hüseyn (ə) haqqında kifayət qədər
Qurani-kərim ayələri nazil olmuş və əziz
Peyğəmbərimizin (s) mübarək dilində ümmətə
əmanət olaraq buraxılmış bir şəxsdir. Bunu biz
aşağıdakı ayə və hədislərdə də görürük.
Qurani-kərimdə İmam Hüseynin (ə) fəzilətləri
Görkəmli islam alimi Hafiz əl-Həskani səhih bir
sənədlə Maidə surəsinin 67-ci ayəsinin Əlinin (ə)
imaməti haqqında nazil olduğunu rəvayət edir:
“Peyğəmbər (s) dedi: “Mən meraca gedəndə
Ərşin altında eşitdim ki, deyilirdi: Əli (ə) hidayət
bayrağı və mənə sığınanların sevimlisidir, Ey
Məhəmməd! Bunu ümmətinə çatdır.
1. Həcc, 32.
2. İbrahim, 5.