Page 97 - Pure Life 07
P. 97
Aşura mərasimləri, mənəvi dəyər kimi
1
Dr. İbrahim Zöhrab oğlu Quliyev (Azərbaycan)
Alınan tarix: 19/02/2016 qəbul tarixi: 05/11/2016
Məqalənin Xülasəsi
Məqalədə Aşura qiyamının əzəməti, hədədfləri və
mahiyyəti, Qurani-kərim və hədislərdə İmam
Hüseynin (ə) fəzilətləri, Kərbəla ziyarətinin
əhəmiyyəti haqda məlumat verilir. Həmçinin,
Aşura mərasimlərinin fəlsəfəsi, onun xalqımızın
mənəvi dəyəri olması barədə danışılır.
Açar sözlər: mərasimləri, Aşura, mənəvi dəyər
Müqəddimə
Aşura müsəlman təqvimi ilə məhərrəm ayının
onuncu günüdür. Bu gün imam Hüseynin (ə) şəhadəti
ilə əlaqədar olaraq müsəlmanların matəm günüdür.
Təəssüflər olsun ki, bəzən Aşura mərasiminin
keçirilməsinə etiraz edən insanlar bu günün
əhəmiyyətli bir gün olduğunu yaddan çıxarmışlar.
Biz bu kiçik məqaləmizdə Aşuranın mahiyyəti,
onun keçirilmə səbəbləri və dəlilləri haqqında kiçik
araşdırma aparmaq istəyirirk.
Belə ki, ilk öncə imam Hüseynin (ə) islamdakı
kimliyini ortaya qoymaq, daha sonra isə onun
şəhadətilə əlaqədar bəzi məqamlara aydınlıq
gətirmək istərdik.
1. Fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı İslam Universitetinin müəllimi,
Bakı, Azərbaycan, quliyev.ibrahim.78@mail.ru