Page 101 - Pure Life 07
P. 101
İmam Hüseynin (ə) əxlaqi-mənəvi keyfiyyətləri / 135
Amma Həzrət Hüseyn (ə) qəzəblə dolu
baxışlarla Müaviyəyə baxaraq, onun qatil, imansız
əshabına əl taparsa rəhm etməyəcəyini söylədi.
Müaviyə özünü itirərək məclisi tərk etdi.»
1
ğ) «Müslim ibn Əqilin Mədinədə torpaq sahəsi
var idi. Müaviyə Mədinə valisinə o sahəni zorla
Müslimin əlindən almağa, ona cüzi miqdarda pul
verib, razılaşmağa məcbur etmək üçün əmr verdi.
Vali əmri yerinə yetirdi.
İmam Hüseyn (ə) bunu bildikdə Müaviyəyə
kəskin ifadələrlə dolu məktub yazıb buyurdu:
«Allaha həmd olsun! Müaviyə, sən hansı cəsarətlə
Bəni-Haşim tayfasından olan bu cavana zor tətbiq
edib, aldadırsan. Pulunu ondan geri al və torpağı
2
Müslimə qaytar.» Müaviyə belədə etdi.»
e) «Müaviyə ömrünün axır illərində avara və
əyyaş oğlu Yezidi özündən sonra xəlifə etmək üçün
var-gücü ilə çalışırdı. O, bilirdi ki, əgər oğlu üçün
indi İmam Hüseynin (ə) bey`ətini alarsa, İslam
dünyasının digər öncül şəxsiyyətləri də, ona itaət
edib Yezidə beyət edəcəklər. Elə buna görə də, o,
öz müşavirləri ilə birlikdə Mədinə şəhərinə gəldi.
Mədinədə olduqca təmtəraqlı ziyafət hazırlayan
Müaviyə Bəni-Haşim tayfasını İmam Hüseyn (ə)
də başda olmaqla oraya dəvət etdi.
1. Hürr Amili, «Vəsailüş-şiə», c. 2, səh. 704; «Əd-Dərəcatür-
rəfiə», səh. 429; «Tarixi-Yəqubi», c. 2, səh. 231-232.
2. Məsudi, «Murucüz-zəhəb», c. 2, səh. 9; «Musuətü-kəlimatil-
İmamil-Hüseyn (ə)», səh. 185-188.