Page 219 - Pure Life 09
P. 219

Siyasət Elminə bir Baxış/ 251


                      Beynəlxalq  miqyasda  kommunist  cəmiyyətinin
                  bərqərar  edilməsindən  sonra  dövlətin  istehlakçı
                  xüsusiyyətə  malik  olacağı  etiqadına  malik  olan
                  kommunistlər  belə,  həmin  cəmiyyətdə  bir  növ
                                                       1
                  iqtidarın varlığını inkar etmirlər.
                      Beləliklə,     hökumət       bunlardan       ibarətdir:
                  Fərdlərin məcmusu, məqamlar (rütbə və vəzifələr),
                  ölkəni  idarə  etməkdə  rol  oynayan  orqanlar.  Bu
                  tərifdə  məqam  və  orqanlar  qərar  qəbul  edən  və
                  icraçı olan amil və təşkilatlara, həmçin, icra aparatı
                  məcmusundan kənar olaraq fəaliyyət göstərən fərd
                  və  təşkilatlar  şamildir,  lakin  onların  fəaliyyətinin
                  mövzusu ölkə məsələlərinin idarə edilməsidir.
                     İran  İslam  Respublikasında  ölkə  məsələlərinin
                  idarəetmə  təşkilat  və  ya  hökumət  üzvləri
                  aşağıdakılardan ibarətdir:
                      Sistemə (quruluşa), üçlük təşkil edən icra aparatı,
                  qanunverici  aparat  və  məhkəmə  aparatına  və
                  onlardan  asılı  və  ya  tabe  olan  məclis  və  sair  kimi
                  təşkilatlara,  eyni  zamanda,  cəmiyyətin  qoşun  və
                  ordu və sair kimi təhlükəsizlik quruluşuna rəhbərlik.
                      Siyasi mütəfəkkirlərin nəzərində hökumət başqa
                  mənalarda  da  istifadə  olunur.  O  cümlədən,
                  “Nəzəriyyehaye  dovlət”  adlı  kitabda  hökumətin
                  müxtəlif mənaları üç mərhələdə bəyan edilmişdir:







                  1. Müraciət edin: “Bonyadhaye elme seyasət”, səh. 143.
   214   215   216   217   218   219   220   221   222   223   224