Page 251 - Pure Life 09
P. 251
Siyasət Elminə bir Baxış
1
Müəllif: Əliəsğər Nüsrəti (Iran) ,
2
Mərdan Zalov (Azərbaycan)
Alınan tarix: 11/05/2016 qəbul tarixi: 01/04/2017
Abstrakt
“Siyasi sistem” in tərifində olan problem budur ki,
onun məfhumu barəsində siyasi mütəfəkkirlər arasında
vahid bir düşüncə mövcud deyil və bu məfhum
“dövlət”, “hökumət” və “siyasi rejim (quruluş)” kimi
bəyan edilir. Bu problem siyasi sistemlərin bölgülərə
ayrılmasında da mövcuddur. Ona görə ki, bəzi
mütəfəkkirlər onu “dövlət”, bəziləri də “hökumət” adı
altında bölgülərə ayırmışlar. Bu məqalədə həmin
məfhumlar arasında fərqlər qoyulmuş və onların hər
biri üçün ayrıca təriflər verilmişdir.
Açar kəlmələr: siyasət, dövlət, hökumət, hakimiyyət
“Siyasət” məfhumu
Lüğəvi məfhum
“Siyasət” sözü Ərəb dilindəki “sasə-yəsusu”
sözündən götürülmüşdür.
1. Müəllif: MA, İslam Azad Universiteti, Siyasi Elmlər
Bölməsində (Mərkəzi Tehran şöbəsi), Tehran, İran,
aan20166@yahoo.com
2. Tərcüməçi: Əl-Mustafa Beynəlxalq Universitetinin tələbəsi,
Qum, İran, merdan_1983@mail.ru