Page 249 - Pure Life 09
P. 249
Siyasət Elminə bir Baxış/ 221
Məsələn: “Əl-Qiyamu ələş-şəyi bima yəsləhu”
(Hər bir şeyi onun (nəzərdə tutulan şeyin) məsləhəti
istiqamətində bərpa eləmək), “Felus-sais”
1
(heyvanların əhlilləşdirilməsi), “İstislahul-xəlqi bi
irşadihim ila ət-təriqil-munciyyi fil-acili əvil-əcəl”
(hazırda və ya gələcəkdə camaatı qurtuluş və səadət
yoluna yönəltməklə onların yaxşılığını istəmək),
“fənnul-hokmi və idarətu əmalid-dövlətid-daxiliyyə
vəl-xariciyyə” (hakimiyyət (siyasət) fənni və bir
dövlətin daxili və xarici fəaliyyətlətinə rəhbərlik
2
(müdriyyət)).
- Terminoloji məfhum
İlk öncə təriflərin insanların məsələ və fenomenlərə
yanaşma tərzi və eyni zamanda, tərif edənin hiss və
idrakına tabe olaraq meydana çıxması kimi mühüm
bir mətləbə diqqət yetirmək lazımdır. Bəzən
hansısa bir məsələdə dünya görüşü və maraqların
fərqliliyindən müxtəlif təriflər bəyan edilir.
Bu fərq və müxtəliflik ictimai fenomen və
məsələlər sahəsində daha əhatəli və çoxdur. Başqa
sözlə, insanın bilik sistemi onun həssasiyyət və
əməllər sistemindən ayrı deyil, əksinə onların üçü
də bir-birinə bağlı şəkildə və mütənasib sistemlə
dəyişiklik və təkamül yolunu keçir.
1. “Əl-Muncid”.
2. “Lisanul-ərəb”.