Page 250 - Pure Life 09
P. 250

220  / ( PURE LIFE, Vol.4.No.9, (Ramadan 1438. Khordad 1396. June. 2017)

                      Onun  mənası  farsdilli  lüğətlərdə  belədir:
                  “Rəiyyət  üzərində  hökm  sürmək,  ölkənin  işlərini
                  idarə etmək, hökumət sürmək, hakimiyyət sürmək,
                  hökumət,  camaatın  işləri  ilə  onların  məsləhətinə
                  uyğun olaraq  məşğul  olmaq,  mülkiyyəti qorumaq,
                  ədalət  və  adillik,  hökmdarlıq,  cinayət  və  cəza,
                  mülkiyyət  (hüdudlarını)  hüquqlarını  qorumaq,
                  mühafizə və qorumaq, göstəriş və qadağalar, təlim-
                  tərbiyə  və  ölkənin  daxili  və  xarici  işlərini  idarə
                           1
                  etmək.”
                      İngilis  dilində  “siyasət”  sözünün  qarşılığı
                  Yunan  dilindəki  "polisi"  sözündən  götürülmüş
                  “policy”dir.  Bu  söz  və  ondan  alınan  sözlər  Fars
                  dilində aşağıdakı mənalarda tərcümə olunmuşdur:

                      1.  Policy: Yəni, hərəkət xətti, istiqamət, siyasət,
                          siyasətçilik, məsləhət, profesionallıq, tədbir
                          və zirəklik.
                      2.  Politic:  Profesional,  məsləhətçi,  tədbirli,
                          zirək,  məsləhətyönlü,  məsləhətlə  yanaşı,
                          tələb edən (tələbkar), doğruya yaxın, aqilanə
                          və siyasətcil.
                      3.  Polity:  Hökumət  quruluşu,  cəmiyyət,  millət
                                                                       2
                          və dövlət mənalarında qeyd edilmişdir.
                      Ərəbdilli  lüğətlərdə  də  “siyasət”  sözü  müxtəlif
                      mənalarda işlənmişdir.




                  1. “Fərhənge farsiye Muin və luğətnameye Dehxuda”.
                  2. Həyyim, “Fərhənge bozorge engilisi-farsi”.
   245   246   247   248   249   250   251   252   253   254   255